Accessibility links

Tramp Komini işdən Rusiya araşdırmalarına görə çıxarmadığını deyib


ABŞ prezidenti Federal Təhqiqat Bürosunun (FBİ) direktoru Ceyms Komini Rusiya ilə bağlı araşdırmalara görə, işdən kənarlaşdırmadığını iddia edib. Bu, onun məhz buna görə Komini işdən kənarlaşdırdığını deməsi ilə ziddiyyət təşkil edir.

​"FBİ tarixində ən yararsız direktor olan Komi saxta Rusiya araşdırmalarına görə işdən çıxarılmayıb. Yeri gəlmişkən, belə bir sözləşmə olmayıb. (Demokratlardan başqa)" , Tramp Twitter-də yazıb.

Tramp mayın 9-da, Komini işindən kənarlaşdırmasından iki gün sonra NBC News-a bildirmişdi ki, o, Komini onsuz da işdən çıxaracaqdı.

Ceyms Komi bildirib ki, Tramp əxlaq baxımından prezidentliyə layiq deyil və onun ədaləti əngəllədiyinə dair bəzi sübutlar var.

Komi bunları ABC News-a müsahibəsi zamanı bildirib. O, öz kitabında 2016-cı il prezident seçkiləri və demokrat namizəd Hillari Klintonun şəxsi elektron poçtundan istifadəsinə dair təhqiqatlardakı rolunu təsvir edib.

Ceyms Komi
Ceyms Komi

Komi Konqres qarşısındakı dinləmələrin birində deyib ki, Trampın bir zamanlar milli təhlükəsizlik müşaviri olan Maykl Flinnin işinə baş qoşmamağa çağırıb. Sabiq FBİ direktoru bunu ədalətin əngəllənməsi kimi təsvir edir.

ABŞ prezidenti Federal Təhqiqat Bürosunun sabiq direktoru Ceyms Kominin həbs edilməli olduğunu deyib. Belə ki, Donald Tramp Kominin yazdığı kitabda məxfi məlumatları işıqlandırdığını bildirib.

Prezidentin tənqidləri Kominin "A Higher Loyalty" (Sədaqətin ən yüksək səviyyəsi) kitabının nəşrindən əvvələ təsadüf edir. Kitab çərşənbə axşamı işıq üzü görüb.

XS
SM
MD
LG