Accessibility links

Tramp və Konqresmenlər hökumətin qapanması təhlükəsi ilə üzləşir


Nümayəndələr Palatasının Respublikaçı çoxluğu cümə günü gecəyarısından sonra ABŞ federal hökumətini açıq saxlamaq üçün təklif olunan müvəqqəti xərcləmə planı üzərində səs verməyi planlaşdırır.

Bu arada Prezident Donald Tramp hökumətin qismən qapana biləcəyini bəyan edib.

Tramp deyib ki, hökumətin maliyyələşməsi barədə qərarın məsuliyyəti müxalifətdə olan Demokrat qanunvericilərin üzərinə düşür.

Tvitterdə yazdığı mesajda Prezident Tramp planın bir hissəsinə müxalif olduğuna eyham vurduqdan az sonra, Ağ Ev və spiker Paul Ryan qısa-dönəmli ölçünün prezident dəstəyinə malik olduğunu bildiriblər.

Tramp deyib ki, hökumətin maliyyələşməsi barədə qərarın məsuliyyəti müxalifətdə olan Demokrat qanunvericilərin üzərinə düşür.

Konqres binasında piketçilər qeyri-qanuni immiqrantların övladlarının ölkədən deportasiya olunmasına zəmin yaradan ölçüyə etiraz edirlər.
Konqres binasında piketçilər qeyri-qanuni immiqrantların övladlarının ölkədən deportasiya olunmasına zəmin yaradan ölçüyə etiraz edirlər.

Ağ Ev və Konqres anlaşmanın bir aylıq müvəqqəti xərcləmə planı, yaxud sentyarbın 30-da bitəcək büdcə ilinin sonunadək maliyyələşməni əhatə edib-etməyəcəyi üzərində razılığa gəlməyiblər.

Konqresin Respublikaçı liderləri Senata və Nümayəndələr Palatasına nəzarət etmələrinə baxmayaraq 16 fevraladək maliyyələşməni uzadacaq ölçüyə dəstək toplaya bilməyiblər.

Konqresin Respublikaçı liderləri 16 fevraladək maliyyələşməni uzadacaq ölçüyə dəstək toplaya bilməyiblər.

Onlar əlavə müdafiə xərcləri tələb edən mühafizəkar Respublkaçıların və müvəqqəti ölçünün əleyhinə çıxan qanunvericilərin müxalifəti ilə üzləşirlər.

İmmiqrasiya məsələləri büdcə danışıqlarının mərkəzində yer alır. Bir sıra Demokrat qanunvericilər 800,000 gənc immiqrantın deportasiyasının qarşısını almayacaq heç bir plana səs verməyəcəklərini aydın ediblər. Söhbət valideynləri tərəfindən illər əvvəl qeyri-qanuni olaraq ABŞ-a gətirilmiş adamlardan gedir.

Ötən il Tramp həmin adamları deportasiyadan qoruyan proqrama son qoyaraq Konqresə martın 5-dək məsələni həll etmək üçün möhlət verib.

XS
SM
MD
LG