Accessibility links

Tramp Konqresdə qanunvericilərlə mühacirətə dair qanun layihəsini müzakirə edəcək


ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü respublikaçı qanunvericilərlə mühacirətə dair qanun layihəsini müzakirə edəcək. Görüş Trampın ABŞ-ın Meksika ilə cənub sərhədində uşaqların Birləşmiş Ştatlara qeyri-qanuni gələn valideynlərindən zorla ayrılması kimi mühacirət siyasətinə son qoyması çağırışlarının gücləndiyi bir vaxt keçirilir.

Tramp Twitter səhifəsində yazdığı mesajlarda ailə üzvlərinin bir-birindən ayrılması siyasətini müdafiə etməyə davam edib.

“Biz Ölkəyə qeyri-qanuni gələn insanları həmişə həbs etməliyik.”

“İndi Konqresin mühacirətlə bağlı gülünc və köhnəlmiş qanunları dəyişdirməsi üçün ən yaxşı imkan var. Bun edin və həmişə bunu yadda saxlayın ki, biz daha güclü sərhəd təhlükəsizliyinə malik olmalıyıq”, Tramp bildirib.

Konqresin Nümayəndələr Palatası bu həftə mühacirətə dair iki qanun layihəsini səsverməyə qoyacaq. Buraya uşaqların sərhəddə valideynlərindən ayrılmasına son qoyulmasına dair əlavələr də daxildir. Qanun layihələrinda həmçinin uzun illər bundan əvvəl valideynləri tərəfindən uşaq olarkən ABŞ-a qeyri-qanuni gətirilən təxminən 1.8 milyon gənc mühacirin vətəndaşlıq alması üçün ölçülər nəzərdə tutulur. Lakin qanun layihəsində düzəlişlərin təsdiqi üçün kifayət qədər səs veriləcəyi aydın deyil.

Tramp bazar ertəsi Ağ Evdə etdiyi çıxışında ölkədə mühacirət böhranında demokratları günahlandırıb və deyib ki, "Birləşmiş Ştatlar miqrant düşərgəsi və qaçqınları saxlama məntəqəsi olmayacaq".

ABŞ rəsmiləri keçən həftə bildirib ki, Tramp administrasiyası sərhəddə ciddi mühafizə siyasəti həyata keçirdiyi zaman aprel ayının ortalarından mayın ayının sonuna qədər 2 min uşaq valideynlərindən ayrılıb.

XS
SM
MD
LG