Accessibility links

Tramp Koreya yarımadasını nüvəsizləşdirəcəyinə dair vədindən geri çəkildiyini inkar edib


ABŞ prezidenti Kim Conq Un və Şimali Koreya lideri Kim Conq Un
ABŞ prezidenti Kim Conq Un və Şimali Koreya lideri Kim Conq Un

Aralarında keçirilən ikinci sammit zamanı Amerika və Şimali Koreya bayraqlarının önündə Kim Conq Unla əl sıxan ABŞ Prezidenti Donald Tramp Koreya yarımadasını nüvəsizləşdirəcəyinə dair vədindən geri çəkildiyini inkar edib.

Şimali Koreya lideri ilə Tramp şam yeməyindən öncə Hanoyun Metropol otelində yalnız tərcüməçilərinin iştirak etdiyi qısa görüş keçirib.

Bir qrup müxbir Kimin Trampı aralarında dialoq başlatdığına görə təriflədiyini eşidib. İki lider arasında danışıqlar ötən il Sinqapurda başlayıb.

“Biz çox irəliləyiş əldə etmişik və məncə ən böyük irəliləyiş münasibətimizdir. Bu isə çox yaxşıdır,” Tramp Kimə deyib.

İqtisadi potensial

Tramp Kimə deyib ki, Şimali Koreya inanılmaz və qeyri-məhdud iqtisadi potensiala sahibdir.

“Mən bunun baş verəcəyini səbirsizliklə gözləyirəm və biz buna yardım edəcəyik,” ABŞ prezidenti söyləyib.

ABŞ Dövlət Katibi Mayk Pompeo və Ağ Evin apparat rəhbəri Mik Malveyni şam süfrəsində Donald Trampa qoşulub. Kimi isə şam yeməyində Koreya İşçi Partiyasının qüdrətli mərkəzi komitəsinin vitse-sədri Kim Yonq Çol və Şimali Koreyanın xarici işlər naziri Ri Yonq Ho müşayiət edib.

“Bizim çox maraqlı dialoqumuz olacaq,” Şimali Koreya lideri deyib.

Tramp ilə bizim aramızda xüsusi münasibət var deyib və şam yeməyindən sonra Twitter hesabında Kim Conq Unla “gözəl görüş keçirdiyini və şam etdiyini” yazıb.

Cümə axşamı keçiriləcək görüş

İki lider arasında daha genişmiqyaslı danışıqların cümə axşamı keçiriləcəyi gözlənilir. Tramp çərşənbə günü baş tutan şam yeməyindən öncə Şimali Koreya lideri ilə danışıqlarının nəticələrini müzakirə etmək üçün cümə axşamı mətbuat konfransı keçirəcəyini bildirib.

Ağ Evin mətbuat xidməti artıq ikinci gündür şimali koreyalılardan gələn tələblər səbəbilə məhdudlaşdırılıb.

Kim Conq Un və Donald Tramp şam yeməyində
Kim Conq Un və Donald Tramp şam yeməyində

Sammitdən bir gün öncə Ağ Evdə akkreditasiyadan keçmiş jurnalistlər Kimin qaldığı Melia otelindəki mətbuat mərkəzindən çıxarılıb. Onlar Mədəni Dostluq Sarayında Vyetnam höküməti tərəfindən idarə olunan benyəlxalq media mərkəzinə getməyə məcbur olublar.

Ağ Ev məsələ ilə bağlı çox məlumat verməsə də, bunu “texniki problemlər”-lə izah edib.

Gözləntilər

Bəzi ABŞ rəsmiləri ikinci sammitlə bağlı gözləntiləri azaltmağa çalışsa da, Tramp iyun ayında Sinqapurda Kimdən beynəlxalq sanksiyaların aradan qaldırılması müqabilində nüvə silahları və balistik raketlərdən imtina edəcəyinə dair aldığı qeyri-müəyyən vəddən əlavə konkret nə isə əldə etməsi üçün təzyiqlərlə üzləşir.

Sinqapurda keçirilən sammit tarixi hadisə kimi qiymətləndirilmişdi, çünki daha öncə Vaşinqtonla Pxenyan arasında heç vaxt diplomatik münasibətlər olmayıb. Tramp prezidentlik vəzifəsinin icrasına başlayanda Şimali Koreya ilə müharibənin başlayacağına dair narahatlıqlar var idi, çünki ABŞ prezidenti Şimali Koreyanın Birləşmiş Ştatlar və onun müttəfiqlərinə qarşı hədələrinə cavab olaraq onları dünyanın daha öncə şahid olmadığı alov və qəzəblə hədələmişdi.

Kim Conq Un və Donald Tramp Hanoyda təkbətək görüşdən öncə
Kim Conq Un və Donald Tramp Hanoyda təkbətək görüşdən öncə

ABŞ-ın kəşfiyyat rəsmiləri Pxenyanın Kimin Sinqapurda verdiyi sözü tuacağına skeptik yanaşır.

Milli Kəşfiyyat İdarəsinin direktoru Dan Kots ötən ay konqres paneli qarşısında çıxış edərkən deyib ki, Şimali Koreya bir ildən çox bir müddət raket və nüvə sınaqları həyata keçirməməklə “təhrikedici əməllərini” dayandırıb.

“Bundan əlavə Kim Conq Un Koreya Yarımadasının nüvəzisləşdirilməsinə açıq olduğunu nümayiş etdirir,” o deyib.

Lakin Kots xəbərdarlıq edir ki, sınaqlara son qoyulmasına baxmayaraq “biz Şimali Koreyanın ‘kütləvi qırğın silahları’ imkanlarını qoruyub saxlamaq istəyəcəyini və nüvə silahlarından tam əl çəkməyəcəyini düşünürük.”

XS
SM
MD
LG