Accessibility links

ABŞ prezidenti Şimali Koreyanı terrorizmin sponsoru adlandırıb


ABŞ prezidenti Şimali Koreyanı terrorizmin sponsoru adlandırıb. Donald Tramp bu bəyanatla Ağ Evdə çıxış edib.

Prezident bildirib ki, yubadılmış bu addım Şimali Koreyaya qarşı maksimal təzyiq kampaniyasının bir hissəsidir.

ABŞ dövlət başçısı əlavə edib ki, Amerika Pxenyana qarşı əlavə sanksiyalar tətbiq edir. Onun dediyinə görə, ABŞ-ın Maliyyə Nazirliyi o ölkəyə qarşı iqtisadi ölçüləri sabah açıqlamalıdır.

Şimali Koreya ABŞ-ın terrozimi dəstələyən ölkələr siyahısına daxil etdiyi sonuncu ölkədir. 2008-ci ildə o ölkə nüvə proqramının müzakirəsi məqsədi ilə siyahıdan çıxarılmışdı.

XS
SM
MD
LG