Accessibility links

Donald Tramp ölkə boyu bütün məktəblərin açılmasına çağırır


ABŞ prezidenti Donald Tramp çərşənbə günü bütün sinif otaqlarının açılmalı olduğunu deyib.

"Düşünürəm ki, məktəbləri mütləq açmalısınız" - deyə, prezident Kolorado və Şimali Dakota ştatlarının qubernatorlarını kabinetində qəbul edərkən bildirib.

COVID-19-u nəzərdə tutan Tramp "Bu, gənclərə çox az təsir etdi. Lakin bu, qubernatorların seçimidir" deyib.

Trampın bunu Kaliforniya ştatının universitet sisteminin hətta payızda, yeni tədris ili başlayanda belə sinif otaqlarının açılmayacağına qərar verdikdən bir gün sonra deyib.

Kolumbiya mahalının məktəbləri də daxil olmaqla, ABŞ-ın demək olar ki, bütün ştatlarında məktəblər bağlanıb. Məktəblərin əksəriyyəti iyun ayında başa çatan tədris ilinin sonunadək açılmayacaqlarını bəyan edib.

“Ölkəmizi açırıq. İnsanlar ölkənin açılmasını istəyir" - deyə, Tramp bildirib.

Prezident bir gün əvvəl Ağ Evin koronavirus iş qrupunun yüksək səviyyəli üzvlərindən birinin Senatdakı dinləmələr zamanı dediklərindən razı qalmayıb.

Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru, doktor Entoni Fauçi
senatorlara ştatlar və şəhərlərin pandemiyanın davam etdiyi bir vaxt ictimaiyyətə açıldığı təqdirdə bunun ciddi nəticələrlə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

"Hesab edirəm ki, biz ehtiyatlı olmalıyıq. Koronavirusun uşaqlara təsir etmədiyini düşünmək yalnışlıqdır" , Fauçi deyib.

"Onun cavabı məni təəccübləndirdi. Söhbət məktəblərdən gedirsə, bu mənim üçün qəbuledilməzdir" - deyə, Tramp jurnalistlərə bildirib.

XS
SM
MD
LG