Accessibility links

Tramp: Koronavirusa yoluxma hallarının artma ehtimalı var


Prezident Donald Tramp deyir ki, ABŞ-da 22 nəfər yeni koronavirusa yoluxub və yoluxma hallarının artma “ehtimalı” var.

Tramp şənbə günü ABŞ-da ilk ölüm halı qeydə alınandan sonra ictimaiyyəti virus barədə məlumatlandırıb. O, ölən qadının 50 yaşlarında və sağlamlıq riskinin olduğunu deyib. O bildirib ki, sağlam amerikalılar virusa yoluxsa sağala bilərlər.

Virus təhlükəsi qlobal bazarlar və ictimaiyyət arasında qorxu hissi yaradıb. Tramp “panikaya düşmək üçün səbəbin olmadığını” söyləyib.

Tramp bundan bir güncə öncə virus təhlükəsinə cavab tədbirləri ilə bağlı tənqidləri qınayıb və onları siyasi düşmənləri tərəfindən hazırlanan “fırıldaq” adlandırıb.

Səhiyyə rəsmiləri cümə günü ABŞ-da xarici ölkəyə səfər etməyən və virus olan şəxslə yaxın əlaqəsi olmayan ikinci insanda virusun aşkarlandığını təsdiq edib. ABŞ-da ümumilkdə 60 təsdiqlənmiş yoluxma halı var.

Cümə günü Cənubi Karolinada keçirilən siyasi mitinqdə Tramp Demokratları koronavirus təhlükəsini “siyasiləşdirməkdə” günahlandırıb və Çində başlayan virusun Birləşmiş Ştatlar boyu yayılmasının qarşısını almaq üçün tətbiq olunmasına göstəriş verdiyi profilaktik tədbirlərlə lovğalanıb. Bu tədbirlərə yaxınlarada Çinə səfər etmiş bütün xarici vətəndaşların ölkəyə girişinə qadağa tətbiq etmək daxildir.

"Onlar heç nə bilmir. Onlar heç Ayovadakı səsləri də hesablaya bilmir,” Tramp fevralın 3-də Ayova ştatında keçirilən ilkin seçkidə Demokratların səsverməsində yaranan problemlərə istinadən bildirib.

“Onlar impiçment fırıldağına əl atdı....Bu da onların yeni fırıldağıdır,” Tramp Demokratların onun adminsitrasiyasının koronavirusa cavabını qınamasına istinad edərək söyləyib.

Bəzi Demokratlar deyib ki, Tramp ABŞ-ın virusa cavabını gücləndirmək üçün daha erkən tədbirlər görə bilərdi. Demokrat və Respublikaçı qanunvericilər söyləyib ki, onun virusla mübarizə üçün tələb etdiyi əlavə 2.5 milyard dollar kifayət deyil. Onlar virusla mübarizəyə daha çox pul ayıracaqlarına işarəd edib.

Tramp Demokratların onun uğursuz olmasını istədiyini söyləyib və indiyədək gördüyü tədbirlərin yoluxma hallarını minimumda saxladığını və ABŞ-da virusdan ölüm hallarının qarşısını aldığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG