Accessibility links

Tramp administirasiyası Kubaya qarşı embarqonu gücləndirir [Video]


Tramp administirasiyası Kubaya qarşı embarqonu gücləndirir
please wait

No media source currently available

0:00 0:01:42 0:00

Tramp administirasiyası Kubaya qarşı embarqonu gücləndirir

Bu ilin iyun ayında prezident Donald Tramp ABŞ-Kuba siyasətinin sərtləşdirilməsi barədə çağırış etmişdi.

“Keçmiş administirasiyanın Kuba ilə imzaladığı birtərəfli razılaşmanı ləğv edirəm.” - deyə, Tramp bildirib.

Söz verdiyi kimi, Tramp administirasiyası Kubaya səyahət edən amerikalılara təsir göstərəcək bir neçə dəyişiklik etdi.

ABŞ-dan gələn qonaqların xüsusi qruplarla ölkəni gəzməsi tələb olunur. Kubadakı bir çox otel və bizneslər amerikalılara xidmət göstərməyəcək.

Bu qaydalar yeni olmasa da keçmiş prezident Barak Obamanın Kubaya səyahət məhdudiyyətlərini asanlaşdıracaq 2015-ci ildəki ABŞ siyasətini əks etdirmir.

Dəyişikliklərə baxmayaraq diplomatik əlaqələrə ziyan dəyməyib və hər iki ölkədə olan səfirliklər bağlanmayacaq.

Tramp administirasiya rəsmisinin sözlərinə görə, bu qərar Kastro rejiminə pulu Kuba hərbiçilərinə deyil, özəl biznes sahəsinə yönləndiriləcəyinin mesajıdır.

Havana küçələrində bir çox insan bu qərarın turistləri qorxudacağı və səyahət etməkdən çəkindirəcəyindən narahatdır.

Tramp administirasiyasının nəzərdə tutduğu dəyişikliklər bu həftənin sonundan etibarən qüvvəyə minəcək.

XS
SM
MD
LG