Accessibility links

Tramp “Rusiyanın müdaxilə hoqqası”nın dünyada tənqidlərə səbəb olduğunu deyir


ABŞ prezidenti “Rusiyanın müdaxilə hoqqası” adlandırdığı xəbərlərin dünyada tənqidlərə səbəb olduğunu deyərək, Amerikanın xəbər agentliklərini tənqid edib.

Özünün Tweeter səhifəsində Tramp xüsusi məsləhətçi Robert Müllerlə bağlı təhqiqat zamanı Tramp kampaniyasının Rusiya ilə əlaqəsi olduğuna dair heç bir sübut tapılmadığı ilə bağlı şərhlər yazıb.

Lakin Robert Müllerə istinad edilərsə, hesabat prezidentə bəraət qazandırmır.

ABŞ-ın baş prokuroru Uilyam Barr Robert Müllerlə bağlı hesabatında Rusiyanın Donald Trampın 2016-cı il prezident seçkiləri kampaniyasına müdaxiləsinə dair heç bir sübut tapılmadığı qənaətinə gəlsə də, Trampın ədaləti əngəlləyib-əngəllmədəyinə dair heç bir nəticə çıxarılmadığını bildirib.

Demokratlar Müllerin ədaləti əngəllədiyini və dəlilləri gizlətdiyini deyərək, tam hesabatın ictimailəşdirilməsini tələb edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Nyu Yorkda böyük münsiflər məhkəməsi Trampa ittiham irəli sürüb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG