Tramp Ədliyyə Nazirliyinin baş müfəttişi Hillari Klintonun email istintaqı ilə bağlı mühüm hesabat yayandan sonra Rusiya istintanqına qarşı yeni hücuma başlayıb.
“Mən yanlış heç nə etməmişəm. Kampaniyamla Rusiya arasında heç bir əlaqə olmayıb. Mən ədaləti əngəlləməmişəm,” o deyib. “Baş müfəttiş dünən yaydığı hesabatda Müllerin istintaqını etibardan saldı,” deyə o əlavə edib.
Lakin həmin hesabatda sadəcə Federal Təhqiqat Bürosunun Klintonun email qalmaqalı ilə bağlı təhqiqatdan bəhs edilir.
Hesabatda Trampın işdən çıxardığı sabiq FBI direktoru Ceyms Komi tənqid olunur, amma onun Trampa qarşı siyasi kampaniyanın apardığı rədd edilir.
“Bu hesabatda siyasi ayrı-seçkilik və ya hazırda nəzərdən keçirilən istintaqa təsir göstərəcək yanlış düşüncələrin olduğuna dair heç bir dəlil tapılmayıb,” deyə FBI-ən hazırkı direktoru Kristofer Rey söyləyib.
Demokratlar da hesabatla bağlı mövqelərini bildirib.
“Bu hesabatdan Müllerin istintaqına xələl gətirmək və ya prezident Donald Trampa qarşı “dərin dövlət” konspirasiyasının olduğunu sübut etmək üçün istifadə etmək istəyən hər bir kəs məyus olacaq,” deyə Senatın Demokrat lideri Çak Şumer bildirib.
Cümə günü müxbirlərlə uzun söhbət edən Tramp həmçinin bu yaxınlarda Şimali Koreya lideri Kim Conq Unla sammitini də müdafiə edib.
“Onlar bizim üçün çox iş görür və biz artıq nüvəsizləşməyə yaxınıq,” o deyib. “Razılıqda tam nüvəsizləşmənin olacağı deyilir. Amma heç kəs bunu söyləmək istəmir. Mən onunla yaxşı dil tapdım. Bu isə yaxşı haldır, pis deyil,”Tram əlavə edib.
Tramp həmçinin müxalif Demokratları tənqid edib və administrasiyanın ABŞ sərhədini keçməyə çalışan ailələri ayırmasına görə onları günahlandırmağa çalışıb.
“Bu qanunu Demokratlar tətbiq edib. Mən bundan nifrət edirəm. Mən uşaqların valideynlərindən ayrılmasından nifrət edirəm,” Tramp deyib.
Nümayəndə Mişel Luhan Qrişam da daxil olmaqla Konqresdə bir çox Demokrat prezidentin şərhlərini tənqid edib.
"Hazırda ailələrin sərhəddə ayrılması, uşaqarın valideyinlərindən alınmasını müdafiə edəcək siyasət yoxdur. Bu sadəcə onu göstərir ki, onlar ölkəni idarə edə bilmir," Qrişam deyib.