Accessibility links

Tramp müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib


ABŞ prezidenti Donald Tramp Ağ Evdə iftar yeməyi zamanı nitq söyləyir, 13 May, 2019.
ABŞ prezidenti Donald Tramp Ağ Evdə iftar yeməyi zamanı nitq söyləyir, 13 May, 2019.

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlar və dünya ölkələrində müsəlmanları müqəddəs Ramazan ayının başa çatdığı zaman qeyd etdikləri bayram münasibətilə təbrik edib. Ağ Evin açıqladığı təbrik mesajında ABŞ prezidenti özü və birinci xanım Melaniya Trampın adından müsəlmanlara ən xoş arzularını çatdırdığını bildirib.

Trampın təbrikində daha sonra deyilir:

“Birləşmiş Ştatlarda və bütün dünyada bu müqəddəs gün müsəlmanlara daha az imkanı olanlara kömək etmək, onların Allaha olan inamını gücləndirmək, eləcə də ibadət etmək və başqaları ilə ünsiyyət qurmaq üçün təəhhüdlərini yeniləmək imkanı verir.

Biz ümid edirik ki, bu bayram onu qeyd edilənlərə sevinc və sülh gətirəcək. Biz dua edirik ki, bütün dünyada icmalar Allahın sevgi, bağışlanma və xoş niyyət kimi bol dualarını hiss etsin.

Bayramınız mübarək.”

XS
SM
MD
LG