Accessibility links

Tramp müttəfiqini gizli ödənişlərə dair istintaqa rəhbər təyin etmək istədiyini inkar edir


ABŞ prezidenti Donald Tramp sabiq baş prokuror əvəzindən 2016-cı il seçki kampaniyası dövründə iki qadına verilən gizli pullara dair federal istintaqa rəhbərlik etməkl üçün öz müttəfiqini təyin etməsini istədiyi haqda iddiaları rədd edib.

Tramp çərşənbə axşamı New York Times qəzetində ortaya çıxan iddiaları daha bir "saxta xəbər" adlandırıb.

Jurnalistin "Cənab prezident, Baş prokurorun vəzifəsini yerinə yetirən Metyü Uitakerdən istintaqın rəhbərliyinin dəyişdirilərək öz şəxsi vəkiliniz Maykl Kohenə verilməsi istəmisinizmi?" sualına Tramp "Xeyr, qətiyyən yox. Bilmirəm sizə kim bu məlumatı verib.Burada çox saxta xəbər var. Mən etməmişəm" cavabını verib.

Məqalədə həmçinin Trampın müttəfiqi və uzun zaman Nyu-Yorkun Cənub dairəsinin vəkili olan Cefri Bermanın maraqların toqquşması səbəbi ilə bu işdə iştirak etmkədən imtina etdiyi bildirilib.

İstintaq Trampın uzun müddət şəxsi vəkili olan Maykl Kohenin Trampla intim əlaqədə olan qadınlara pul ödəməsi ilə əlaqədar aparılır. Pul ödənişlərinin onların susması və Trampın prezidentlik şanslarına mane olmaması məqsədilə edildiyi deyilir.

Kohen ödənişlərlə bağlı seçki kampaniyasının maliyyələşdirilməsində qanun pozuntularında özünü günahkar tanıyıb.

Maykl Kohen həmçinin prezidentlə əlaqəsi olmayan maliyyə fırıldaqçılığı ittihamı ilə 3 il müddətinə həbs cəzasına məhkum edilib.

O, noyabr ayında Senatın Kəşfiyyat Komitəsinə Moskvadakı Tramp qülləsinin inşa planları haqda yalan söyləməkdə özünü günahkar tanıyıb.

XS
SM
MD
LG