Accessibility links

Tramp: Mən prezident olduğum müddətdə İran nüvə silahı əldə etməyəcək


ABŞ prezidenti Donald Tramp İranın İraqda ABŞ hərbi qüvvələrinin yerləşdiyi hərbi hava bazasına raket hücumuna cavab olaraq bəyanatla çıxış edib.

Prezident Tramp İranın İraqdakı hərbi bazaya ondan çox raket atması nəticəsində tələfatların olmadığını və minimal zərər dəydiyini bildirib.

“İran belə görünür, geriyə addım atır. Əvvəlcədən ehtiyat tədbirlərinin görülməsi, hərbi qüvvələrin yerləşdirilməsi və erkən xəbərdarlıq sisteminə görə nə amerikalı, nə də iraqlılar arasında tələfat yoxdur” – deyə, ABŞ prezidenti Ağ Evdən Amerika xalqına müraciətində bildirib.

Raketlər İran liderlərinin Birləşmiş Ştatların İranın yüksək rütbəli komandirinin ölümülə nəticələnmiş hücumuna görə qisas alınacağına dair hədələrindən sonra çərşənbə günü atılıb.

Pentaqon: İran ABŞ qüvvələrinə raket atıb

Tramp Qüds qüvələrinin komandiri Qasım Süleymaninin “ən pis vəhşiliklərə görə məsuliyyət daşıdığını” bildirib.

Çərşənbə günü yerli vaxtla gecə saat 1:30 radələrində İran İraqdakı ABŞ və koalisiya qüvvələrinin yerləşdiyi Ayn Əl-Əsəd bazasına 10-dan çox raket atıb.

Hücumdan az sonra İranın İslam Qvardiyası Korpusu İraqda ABŞ əsgərlərini qərargahlandıran bazalara uğurlu raket hücumu edildiyi barədə bəyanat yayıb. İranlılar raket hucumlarını elitar Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin "şəhid edilməsinə görə intiqam" kimi təsvir edib.

“İran BMT xartiyasının 51-ci maddəsinə əsasən bizim vətəndaşlara və yüksək rütbəli rəsmilərimizə qarşı hücumun qaynaqlandığı bazanı hədəf almaqla proporsional özünü-müdafiə tədbiri görüb və bitirib,” İran xarici işlər naziri Cavad Zərif Twitterdə yazıb.

“Biz müharibə eskalasiyası istəmirik, ancaq özümüzü istənilən təcavüzə qarşı qoruyacağıq,” o əlavə edib.

İranın ali ruhani lideri Ayətulla Əli Xameneyi Tehranda böyük bir salonda çıxışında izdihamlı qrupa müraciət edən bildirib ki, həyata keçirilən raket hücumu "dünən gecə Amerikanın üzünə vurulmuş bir sillə idi."

Pentaqon sözşüsü raketlərin İrandan atılan raketlərin Bağdaddan təxminən 60 kilometrlik məsafədə yerləşən Ayn Əl-Əsəd bazası və İraqın yarı muxtar kürd bölgəsindəki İrbil şəhərini hədəf aldığını bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG