Accessibility links

Tramp mətbuat konfransını ləğv edib, Şi Tsinpinlə şam yeməyini qüvvədə saxlayıb


ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Şi Tsinpin
ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Şi Tsinpin

ABŞ prezidenti Donald Tramp şənbə günü Buenos Ayresdə planlaşdırılan mətbuat konfransını ləğv edib və deyib ki, sabiq ABŞ prezidenti Corc Buşun vəfat etməsi səbəbilə mətbuat konfransını indi keçirmək doğru olmaz. Lakin o, axşam Çin prezidenti Şi Tsinpinlə şam yeməyinin qüvvədə qaldığını söyləyib.

"O, çox gözəl insan idi və hər kəs onun üçün darıxacaq. O çox dolu və nümunəvi həyat yaşayıb", deyə Tramp mərhum president barədə söyləyib.

ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Şi Tsinpin G-20 sammitində
ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Şi Tsinpin G-20 sammitində

Böyük İyirmilik liderlərinin görüşündən sonra Tramp və Şini şam yeməyində sadəcə kiçik bir qrup müşavir müşayiət edəcək. Onlar ticarət və bir sıra digər məsələləri müzakirə edəcək.

"Bu, çox mühüm görüşdür", Tramp deyib.

“Hər kəsin bu şam yeməyindən Vaşinqtonla Pekin arasında artan ticarət müharibəsi ilə bağlı qorxuları azaldacağına dair çox yüksək gözləntiləri var” - deyə, Argentinanın prezidenti Maurisio Makri müxbirlərə bildirib.

Şam yeməyində Çinlə iqtisadi məsələlər baxımından Trampın komandasının ən aqressiv ticarət üzrə müşaviri Piter Navarronun da iştirak edəcəyi gözlənilir.

Hər Çin həm Birləşmiş Ştatlardakı ən böyük bizneslərin liderləri dünyanın iki ən böyük iqtisadiyyatı arasında artan ticarət müharibəsində sülhün və ya hər hansı razılığın olacağına ümid edir.

"Birləşmiş Ştatların aylardır şikayətlərinə və 250 milyard dollar dəyərində Çin mallarına tarif tətbiq etməsinə baxmayaraq, Pekin ədalətsiz, əsassız və bazarı təhrif edən əməllərindən əl çəkmir" – deyə, ABŞ-ın ticarət məsələləri üzrə nümayəndəsi Robert Laytayzerin hesabatında bildirilir.

Hər kəsin bu şam yeməyindən Vaşinqtonla Pekin arasında artan ticarət müharibəsi ilə bağlı qorxuları azaldacağına dair çox yüksək gözləntiləri var.
Maurisio Makri

Müşahidəçilər narahatdır ki, əgər Trampla Şi arasında baş tutacaq şam yeməyində heç bir irəliləyiş əldə olunmasa, ABŞ prezidenti tarif tətbiq etdiyi Çin mallarının sayını iki qat artıracaq, tarifi isə 25 faizədək çıxaracaq.

Çin buna cavab olaraq 60 milyard dollar dəyərində əlavə 5000 cür Amerika idxalına tarif tətbiq etməklə hədələyir.

Məncə ən pis odur ki, Çinlə ABŞ arasındakı münaqişə çoxtərəfli müəssisələrin, xüsusilə də Ümumdünya Ticarət Təşkilatının limitlərini üzə çıxarır”, San Andres Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat üzrə professoru Roberto Buzas bildirir.

Şənbə günü liderlərin sammitinin sonunda mətbuata verdiyi açıqlamada Böyük İyirmilik Ümumdünya Ticarət Təşkilatını funskiyalarını təkmilləşdirmək üçün islahat etməyə çağırıb, G-20 isə gələn il Yaponiyada keçirilən sammitdə təşkilatın irəliləyişini nəzərdən keçirəcək.

XS
SM
MD
LG