Accessibility links

Tramp hökumət işçilərinin ödənişləri barədə qərarı imzalamalıdır


ABŞ prezidenti Donald Tramp bu gün hökumətin bağlanması ilə maaş almayan federal hökumət işçilərinin ödənişləri barədə qərarı imzalamalıdır. Lakin məvaciblərin nə zaman ödəniləcəyi bəlli deyi. İnsanlar artıq ikinci maaşlarını almır.

Maaşların ödənməməsindən əlavə hökumətin bağlanması digər ciddi fəsadlara da yol açıb.

Hava limanlarındə təhlükəsizlik işçiləri, Ərzaq və Dərman Adminitrasiyasının əməkdaşlarının işləməməsi səbəbi ilə hava limanların növbələr yaranıb, dərman və ərzaq məhsullarının keyfiyyəti müəyyən edilmir. Milli parklar və muzeylər işləmir. Məhkəmə sistemi büdcəsinin yaxın zamanda tükənəcəyi barədə xəbərdarlıq verib.

ABŞ dövlət başçısı on minlərlə işçini işlərinə qayıtmağa səsləyib. O, vergilərin prosesi, uçuşların təhlükəsizliyi, ərzaq maddələri və dərmanların inspeksiyası üçün işçiləri maaşsız işləməyə çağırıb.

Maliyyə şirkətləri məvacib almayan insanlara yardım proqramları təqdim edir.

2017-ci ildə qasırğadan sonra Puerto-Rikonun fəlakət zonasında insanlara yardım edən Ümumdünya Mərkəz Mətbəxi bu gündən etibarən paytaxt Vaşinqtonda səyyar köşklər açaraq, federal işçiləri yeməklə təmin edir.

Dünən prezident demokrat nümayəndələri AĞ Evə dəvət etsə də, onların heç biri dəvəti qəbul etməyib.

ABŞ prezidenti Donald Tramp ABŞ-Meksika sərhədində divarın inşasının vacibliyini bildirir, demokratlar isə bunu bahalı və səmərəsiz tədbir adlandıraraq dəstəkləməkdən imtina edir. O, fövqəladə vəziyyət elan etməsi üçün səlahiyyətindən istifadə edəcəyini də bildirib.

ABŞ-Meksika sərhədində fövqəladə vəziyyətin elan olunması Trampa sərhəd təhlükəsizliyi üçün Konqresin təsdiqi olmadan 5 milyard dollar xərcləmək imkanı verəcək.

Donald Tramp dekabrın 22-də federal hökumətin fəaliyyətini qismən dayandırmasından öncə hökümətin bağlanmasına görə məsuliyyəti öz üzərinə götürəcəyini bildirsə də, hazırda buna görə demokratları günahlandırır.

Hökumətin qismən fəaliyyətini dayandırması 800 min federal işçiyə təsir göstərir. Bir çoxları məcburi məzuniyyətə göndərilib, digərləri isə işləsə də maaş almır.

XS
SM
MD
LG