Accessibility links

Tramp Makronla veteranlar və müttəfiq ölkələr arasındakı əməkdaşlığı yüksək qiymətləndirib


ABŞ prezidenti Donald Tramp Fransa dövlət başçısı Emmanuel Makronla veteranlar və müttəfiq ölkələr arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.

Liderlər D Day Əməliyyat gününün 75-ci ildönümü bir araya gəlib.

Biz siz veteranlara azadlığımız üçün borclu olduğumuzu bilirik. Xalqım adından sizə təşəkkürümü bildirirəm

Normandiyada 9 mindən çox ABŞ əsgərinin dəfn ediliyi qəbiristanlıqda danışan Makron həyatlarını qurban verən və Fransanın azadlığı uğrunda döyüşənləri şərəfləndirib.

Fransız dilində danışan Makron veteranlara üzünü çevirdikdə ingilis dilinə keçib.

“Biz siz veteranlara azadlığımız üçün borclu olduğumuzu bilirik. Xalqım adından sizə təşəkkürümü bildirirəm” - deyə, Fransa prezidenti sözünə davam edib.

Çıxışından sonra Makron 3 müharibə veteranını Fransanın Şərəf Legionu ordeninə layiq görüb.

Tramp isə öz növbəsində qardaşları, vətənləri və azadlıq uğrunda canını qurban edənləri təqdir edib.

“Bu gün biz həlak olanları xatırlayır və Normandiyada döyüşən hər kəsə ehtiramımızı ifadə edirik” - deyə, Tramp deyib.

Dünya liderləri çərşənbə günü İngiltərənin cənub Portsmut şəhərində D-day gününün 75-ci ildönümü bir araya gəlib.

Mərasimə kraliça Elizabet, Fransa prezidenti Emmanuel Makron, Kanadanın baş naziri Castin Trudo, Avstraliyanın baş naziri Skot Morrison, Almaniya kansleri Angela Merkel, Hollandiyanın baş naziri Mark Rutte və digər 10 dövlətin liderləri qatılıb.

1944-cü ilin iyun ayının 6-da 150 min əsgərdən ibarət müttəfiq qüvvələri hava, dəniz və qurudan Normandiyaya hücum edərək, Qərbi Avropanın nasist işğalından azad edilməsi prosesinə start verib.

Müttəfiq qüvvələrin Normandiya sahillərində əsas desant çıxarma əməliyyatı zamanı 7 min gəmi Fransa sahillərinin 80 km-lik ərazisinə yerləşdirilib. Tərəflər minlərlə itki verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG