Accessibility links

Tramp Makronla Avropanın təhlükəsizliyini müzakirə edib


Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Donald Tramp
Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Donald Tramp

Amerika və Fransa prezidentləri şənbə günü Avropa təhlükəsizliyi ilə bağlı fikir ayrılıqlarını müzakirə edib.

Yelisey Sarayında baş tutan görüşdə ABŞ prezidenti Avropanın müdafiəsi üçün xərclərin daha ədalətli bölünməsinə bir daha çağırış edib.

"Biz güclü Avropa isəyirik", Tramp deyib.

Emmanuel Makron isə belə cavab verib:Fikrimcə bizim daha çox Avropa gücünə, daha çox Avropa müdafiəsinə ehtiyacımız var.

President Donald Tramp Yelisey Sarayında Fransa prezidenti Emmanuel Makronla görüşüb
President Donald Tramp Yelisey Sarayında Fransa prezidenti Emmanuel Makronla görüşüb

Lakin hər iki lider, ən azından müxbirlər otaqda olduğu zaman ərzində bir-birini tənqid etməkdən çəkinib.

Air Force One təyyarəsi cümə günü Parisin Orly Hava livanına çatan kimi, Tramp Twitter vasitəsilə Fransa prezidentinə mesaj çatdırıb və Makronun Avropa ordusu yaratmaq cağırışını “təhqiramiz” adlandırıb.

Tramp təklif edib ki, Avropa ilk öncə NATO-da üzərinə düşən payını ödəsin, daha sonra Avropa qüvvəsi barədə düşünsün.

Makron Verdunda Birinci Dünya Müharibəsinə aid Qərbi Cəbhəyə ziyarəti zamanı Europe 1 radio stansiyasına bildirib ki, Moskvadan gələn təhlükə qarşısında Avropa özünü “təkbaşına daha yaxşı müdafiə etməlidir” və avropalılar özlərini “həqiqi Avropa ordusu” olmadan qoruya bilməz.

Makron həmçinin Vaşinqtonun ABŞ prezidenti Ronald Reyqan və Sovet İttifaqının baş katibi Mixail Qorbaçovun 1987-ci ildə imzaladığı Orta-mənzilli Nüvə Qüvvələri Razılığından geri çəkilməsini tənqid edib.

Bu qərarın “əsas qurbanı Avropa və onun təhlükəsizliyidir”, Makron deyib.

Fransa prezidenti həmçinin əlavə edib ki, Avropa özünü “Çin, Rusiya və hətta Amerika Birləşmiş Ştatlarından” müdafiə etməlidir.

Fransa prezidenti Emmanuel Makron Verdunda
Fransa prezidenti Emmanuel Makron Verdunda

Doqquz Avropa ölkəsinin müdafiə nazirləri bu cür beynəlxalq qüvvənin nücə fəlaiyyət göstərəcəyini müzakirə edir.

Avropa liderləri Trampın onlardan müdafiəyə əlavə milyardlarla dollar pul xərcləmək tələbini Birləşmiş Ştatların 70 illik ittifaqdan geri çəkilmək hədəsi olaraq görür.

Lakin Avropa ordusu yaratmaq fikri Berlin və Londonda isti qarşılanmır. Siyasi və müdafiə təhlilçiləri Avropa ölkələrinin Birləşmiş Ştatların gücünü əvəzləməyə istək, pul və ya hərbi avadanlıqlarının olub-olmayacağını sual edir.

Avropa Müdafiə İcması təklifi ilk dəfə 1950-ci ildə Britaniyanın baş naziri Uinston Çörçil tərəfindən irəli sürülmüş, lakin Fransa parlamenti tərəfindən rədd edilmişdi.

ABŞ-ın birinci xanımı Melaniya Tramp və Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron
ABŞ-ın birinci xanımı Melaniya Tramp və Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron

Məsələ onlarla dünya lideri Birinci Dünya Müharibəsinin bitməsinin 100-cü ildönümünü qeyd etmək məqsədilə Parisdə bir araya gəldiyi vaxt yenidən gündəmdədir.

ABŞ lideri Avropada birinci xanım Melaniya Trampla səfərdədir. 40 milyon insanın ölümü ilə nəticələnən Birinci Dünya Müharibəsinə son qoyan razılaşmanın 100 illiyinə həsr olunmuş mərasim bazar günü Zəfər Tağında keçiriləcək.

XS
SM
MD
LG