Accessibility links

ABŞ Senatı kiçik bizneslər və xəstəxanalar üçün $484 milyard yardımı təsdiq etdi


ABŞ Senatı çərşənbə axşamı kiçik bizneslər və xəstəxanalara əlavə $484 milyard dollar həcmində maliyyə yardımı ayırıb. Bu, Konqresin koronavirusun səbəb olduğu iqtisadi və ictimai səhiyyə böhranlarını aradan qaldırmaq üçün göstərdiyi səylərdən sonuncusudur.

ABŞ prezidenti Donald Tramp Twitter səhifəsində keçən ay təsdiq edilən - Birləşmiş Ştatlar tarixindəki ən böyük yardım paketi olan $2 trilyon dollarlıq CARES aktına artırılan maliyyəni dəstəklədiyini bildirib.

"Mən Senatı və Nümayəndələr Palatasını xəstəxanalar və testlərin əlavə maliyyələşdirməsi üçün Maaşları Qoruma Proqramı və Səhiyyə Sisteminin Yaxşılaşdırılması Aktını qəbul etməyə çağırıram. Mən bu qanun layihəsini imzaladıqdan sonra maliyyə təşəbbüsləri ilə bağlı növbəti müzakirələrə başlayacağıq," Tramp çərşənbə axşamı səsvermədən əvvəl yazıb.

Nümayəndələr Palatasında çoxluq lideri Steni Hoyer çərşənbə axşamı jurnalistlərə deyib ki, qanunvericilərdən qanunu qəbul etmək üçün cümə axşamı səhər saat 10-a qədər paytaxt Vaşinqtona qayıtmaları istənilib. Tramp qanunu bundan sonra imzalaya bilər.

XS
SM
MD
LG