Accessibility links

Tramp Martin Lüter Kinqin abidəsini ziyarət edib


ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pens Vaşinqtonda Martin Lüter Kinqin xatirə memorialını ziyarət edir, 21 yanvar, 2019.
ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pens Vaşinqtonda Martin Lüter Kinqin xatirə memorialını ziyarət edir, 21 yanvar, 2019.

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda milli bayram günü vətəndaş hüquqları müdafiəçisi Martin Lüter Kinqin xatirə memorialını ziyarət edib.

Tramp vitse-prezident Mayk Penslə bərabər Kinqin memorialı önünə əklil qoyub.

Kəcisi soyuq və küləyə baxmayaraq ABŞ prezidenti müxbirlərə "gözəl bir gündür" deyib.

Tramp hökumətin bağlanması ilə bağlı müxbirlərin sualını cavablandırmayıb.

ABŞ federal höküməti artıq 31-ci gündür qismən bağlı olaraq qalır.

Hökumətin fəaliyyətinin qismən dayandırması Atlanta şəhərində Martin Lüter Kinqin mənəvi evi adlandırılan kilsədə onun xatirəsinə həsr edilmiş mərasimin təxirə salınması ilə nəticələnə bilərdi. Lakin qərargahı Atlantada yerləşən Delta hava yolları şirkətinin milli park xidmətinə illik mərasimin keçirildiyi yerin açılması üçün qrant verməsindən sonra mərasimin təşkili mümkün olub.

Martin Lüter Kinqin qızı Bernis Kinq mərasim zamanı Vaşinqtonun böhran vəziyyətində olduğunu deyib.

Bazar günü Demokrat partiyasından 2020-ci ildə namizədliklərini irəli sürəcəyi gözlənilən bir sıra siyasi xadimlər də vətəndaş hüquqları müdafiəçisinin xatirəsini anıblar. Prezidentliyə namizədliyini irəli sürməyi nəzərdən keçirdiyini deyən, lakin hələlik namizədliyini rəsmən elan etməyən keçmiş vitse-prezident Co Bayden Vaşinqtonda Martin Lüter Kinqin xatirəsinə həsr edilmiş səhər yeməyində iştirak edib.

Hər il yanvar ayının üçüncü bazar ertəsi amerikalılar cənub ştatlarında seqreqasiyaya qarşı çıxaraq, qaraların bərabərliyi və səsvermə hüququ uğrunda mübarizə aparan qətlə yetirilmiş vətəndaş hüquqları müdafiəçisi Martin Lüter Kinqin xatirəsini anır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG