Accessibility links

Tramp medianı oğlunun rusiyalı vəkillə görüşünü təhrif etməkdə ittiham edib


Donald Tramp oğul o zaman prezidentliyə namizəd olan atası Donald Tramla Respublikaçıların milli qurultayı zamanı
Donald Tramp oğul o zaman prezidentliyə namizəd olan atası Donald Tramla Respublikaçıların milli qurultayı zamanı

Prezident Donald Tramp Amerika mediasını onun böyük oğlunun 2016-cı il prezident seçkilərindən öncə demokrat Hillari Klintonla bağlı kompromat məlumat ötürməyə söz verən rusiyalı vəkillə görüşünü təhrif etdiyini bildirərək kəskin tənqidlərə məruz qoyub.

Tvitter səhifəsində hazırda Nyu Cersi statındakı Bedminster qolf istirahət güşəsində olarkən yazdığı bir neçə mesajında Donald Tramp 2016-cı ilin iyun ayında Natalya Veselnitskaya ilə görüşən oğlunu müdafiə edib. Trampın böyük oğluna Veselnitskayanın Rusiya hökumətinin vəkili olduğu və Moskvanın onun atasına Klintonu məğlub etməkdə kömək etmək üçün səylərin bir hissəsi olaraq informasiya təqdim edəcəyi bildirilib.

Tvitter mesajlarının birində Tramp yazıb: “Hillari Klinton qeyri-qanuni olaraq debatların sualların ala bilir və 33 min emailini poza bilir, amma mənim oğlum Don Saxta Xəbər Mediası tərəfindən belə rüsvay edilir?” Tramp bununla Hillari Klintonun ABŞ dövlət katibi olduğu müddətdə şəxsi kompüterindəki serverindən emailləri silməsini və noyabr seçkilərinə qədər rəqib demokrat opponentləri ilə debatlardan əvvəl sualların ona əvvəlcədən təqdim edilməsini nəzərdə tutub.

“Bütün bu adı çəkilməyən mənbələr, olduqca qərəzli və hətta təhrif olunmuş məlumatlarla Saxta Xəbərlər bizim ölkədə DEMOKRATİYANI THRİF EDİR!”, Tramp yazıb.

Ağ Evin Müxbirlər Assosiasiyası Trampın hücumlarını rədd edib. “Azad və müstəqil mətbuat əslində demokratiya üçün olduqca mühümdür”, assosiasiyanın bəyanatında bildirilir.

Azad və müstəqil mətbuat əslində demokratiya üçün olduqca mühümdür.
Ağ Evin Müxbirlər Assosiasiyası

Hillari Klintonun debatlardan əvvəl sualları alması məsələsi Demokratların Milli komitəsinin Vaşinqtondakı elektron poçtuna haker hücumundan sonra müzakirəyə çıxarılıb. ABŞ kəşfiyyatı haker hücumlarının Rusiya prezidenti Vladimir Putinin Trampa kömək etmək cəhdi olaraq birbaşa göstərişi əsasında edildiyi haqda nəticə çıxarıb.

Vəkil Natalya Veselnitskaya
Vəkil Natalya Veselnitskaya

WiiLeaks saytı seçkilərdən bir neçə həftə əvvəl minlərlə email yazışmalarını ictimaiyyətə açıqlamışdı. Bu yazışmalarda demokrat fəalların Klintonun Demokrat partiyasından rəsmən nominasiya olunması üçün ona kömək məqsədilə səhnəarxası utandırıcı fəaliyyətləri ilə bağlı məlumatlar üzə çıxmışdı.

Keçən həftə Parisə səfəri zamanı Tramp mətbuat konfransında oğlunun vəki Veselnitskaya ilə görüşünü müdafiə edib. O, görüşdə heç bir şeyin baş vermədiyini və medianın məsələni şişirtdiyini

deyib.

XS
SM
MD
LG