Accessibility links

Tramp Meksika ilə mühacirət danışıqlarında inkişaflardan razı deyil


Mərkəzi Amerikadan gələn yüzlərlə miqrant Qvatemala-Meksika sərhədini keçdikdən sonra ABŞ-a tərəf irəliləyir. Ciudad Hidalgo, Meksika, 5 iyun, 2019.

Birləşmiş Ştatlar və Meksika arasında danışıqlar miqrantlara nəzarət istiqamətində ABŞ-ın cənub qonşusu üçün müəyyən etdiyi möhlətin bitməsinə az qalmış davam edir.

Əgər razılıq əldə olunmasa, ABŞ prezidenti Donald Tramp Meksika mallarına 5 faiz tarif tətbiq etməklə hədələyib. Bu tariflər oktyabradək 25 faizə qalxa bilər.

Proqres var, amma kifayət qədər yox!

“Nailiyyət var, amma kifayət qədər yox!” Tramp Twitterdə danışıqların ləng getməsindən gileylənib.

“Tariflər nə qədər çox qalxsa, bir o qədər çox şirkət ABŞ-a dönəcək!”

Cümə axşamı müxbirlərlə danışan Tramp tariflərin artması məramında ciddi olduğunu bildirib.

Danışıqlarda ölkəsinin nümayəndə heyətinə rəhbərlik edən Meksika xarici işlər naziri Marselo Ebrard nikbinliyini ifadə edib.

“Biz tariflərin hər iki iqtisadiyyata təsirlərinin qarşısını almaq istəyirik - həm istehlkaçılar, həm də iki ölkənin xalqları üçün,” Ebrard əlavə edib.

O deyib ki, hər iki ölkə öz mövqelərini aydın edib və dialoq davam edəcək.

Meksika mümkün tariflərin qarşısını almaq üçün Vaşinqtonda danışıqlar aparır.
Meksika mümkün tariflərin qarşısını almaq üçün Vaşinqtonda danışıqlar aparır.

ABŞ prezidenti əlavə edib ki, əgər ölkə sərhədlərinə yaxınlaşan mühacirlərin qarşısını almasa, Meksikaya 5 faizlik tarif tətbiq edəcək.

O, Meksikanı “həmişə almaqda, ancaq əvəzində heç vaxt nəsə verməməkdə” günahlandırıb. “Bu, onillərlə belə olub,” Tramp deyib.

Həftənin əvvəlində Tramp Twitterdə yazıb: "Ya onlar narko-baronların, kartellərin, insan qaçaqmalçılarının və qeyri-qanuni immiqrantların ölkəmizə basqınını dayandıracaq - hansını ki, onlar asanlıqla edə bilərlər, ya da bizim sərhəddən cənuba ağılsızcasına köçmüş şirkətlər və işlər Amerikaya vergilər (tariflər) vasitəsilə qaytarılacaq."

XS
SM
MD
LG