Accessibility links

ABŞ prezidenti Meksika sərhədlərinə divar çəkilməsinin vacibliyini bir daha vurğulayıb


ABŞ prezidenti Meksika sərhədlərinə divar çəkilməsinin vacibliyini bir daha vurğulayıb.

Konqresin hasarın inşası məsrəflərinin də daxil edildiyi hökumətin xərclərinə dair planı gələn həftənin sonunadək təsdiq etməsindən əvvəl Donald Tramp Ağ Evdə qanunvericilərlə görüş keçirib.

Demokratlar narkotik maddə qaçaqmalçılığı və qanster üzvlərinin Amerikaya daxil olmasına baxmayaraq, büdcədən hasar salınmasına vəsait ayrılmasını istəmir

ABŞ dövlət başçısı seçki kampaniyaları zamanı hasarın xərcini amerikalıların ödəməyəcəyini deyirdi.

Lakin demokratlar divarın inşasının əleyhinədir.

Nümayəndələr Palatasının azlıq lideri Nensi Pelosi demokratlar və Meksika sərhədlərində yerləşən ştatların bu planı dəstəkləmədiyini bildirib.

ABŞ hökumətinin məsrəf planı cümə günü gecə yarısı başa çatır. Beləliklə, respublikaçıların əksəriyyət təşkil etdiyi Konqresin demokratlarla kompromis əldə etməsinə bir neçə gün qalır.

"Demokratlar narkotik maddə qaçaqmalçılığı və qanster üzvlərinin Amerikaya daxil olmasına baxmayaraq, büdcədən hasar salınmasına vəsait ayrılmasını istəmir " - deyə, Tramp Twitter hesabında yazıb.

ABŞ prezidenti daha öncə qanunsuz yolla Amerikaya gətirilən mühacir uşaqlarının deportasiya edilməyəcəyini bildirib.

Associated Press-ə müsahibəsi zamanı Donald Tramp deyib ki, biz xəyalpərəstlər deyil, kriminalları hədəf almışıq.

Seçkiqabağı kampaniyaları zamanı ABŞ-Meksika sərhədində hasar inşa ediləcəyini deyən prezident hasarın məsrəfləri barədə məlumat verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG