Accessibility links

Tramp Meksikanı tərifləyib, Kanadanı hədələyib


ABŞ prezidenti Donald Tramp cümə axşamı Twitter hesabında Meksikanı tərifləyib, Kanadanı isə hədələyib. Tramp tvitlərində Şimali Amerika Azad Ticarət Razılığının şərtlərini yenidən müzakirə etmək səylərinə istinad edib.

O, Meksika ilə bağlı dostyana şərhlər edib. Adətən Trampın Meksika və meksikalılara qarşı münasibəti belə olmur. Prezident seçkiləri kampaniyası zamanı Tramp sərhəddə inşa etdirəcəyi divarın xərclərini Meksikaya ödətdirəcəyini təkid edirdi, amma vəzifəsinin icrasına başlayandan bəri bunu etməkdə müvəffəq olmayıb. O həmçinin seçki kampaniyası dövründə meksikalıları “təcavüzçü”adlandırırdı.

“Meksika ilə razılıqda yaxşə irəliləyişlər var. Avtomobil sənayesinin işçiləri və fermerlərə diqqət yetiriməlidir, yoxsa heç bir razılıq olmayacaq”, o deyib.

ABŞ lideri dekabr ayında vəzifəsiin icrasına başlayacaq Meksinanın yeni prezidenti Manuel Lopez Obradora mehriban sözlər ünvanlayıb.

“Meksikanın yeni prezidenti həqiqi centlmendir” - deyə, Tramp yazıb.

Kanadaya qarşı isə o fərqli mövqe sərgiləyib.

Kanada gözləməlidir. Onların Tarifləri və Ticarət Əngəlləri çox yüksəkdir. Razılıq əldə edə bilməsək, maşınlara vergi tətbiq edəcəyik”, o yazıb.

Kanada isə cavab olaraq, cümə bəyanat yayıb və bildirib: “Bizim diqqət nöqtəmiz dəyişməyib. Biz müasirləşdirilmiş üçtərəfli NAFTA razılığı üzərində işlədyimiz müddətdə Kanada maraqlarını qorumağa davam edəcəyik”.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG