Accessibility links

Tramp təsnif edilmiş memorandumun dərc edilməsini istəyir


ABŞ prezidenti Ağ Evin açıqlamasından sonra yüksək səlahiyyətli hüquq-mühafizə rəsmilərinin 2016-cı il seçkiqabağı kampaniyalardan əvvəl və sonra araşdırma mahiyyətli səlahiyyətlərini aşdıqlarıma dair memorandumun dərcinə razılıq verib.

Ağ Ev rəsmiləri Amerikanın Səsinə mesajın Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinə çatdırıldığını bildirib.

Respublikaçı konqresmen Devin Nunes tərəfindən "Nunes memo" adlandırılan sənəd son həftələr hazrlanıb. Burada Ədliyyə Nazlirliyinin 2016-cı il prezident seçkilərindən öncə Trampın Rusiya ilə mümkün əlaqələrinə dair Federal Kəşfiyyat Məhkəməsinə müraciətinə dair detallar da yer alır.

Tramp memorandumun açıqlanmasını istəyir. Ağ Ev sənədi açıqlamağa hazırlaşır.

Lakin FBİ-ın direktoru Kristofer Rey memorandumun dəqiqliyini sual edir. Rey və baş prokurorun müavini Rod Rozensteyn bu həftənin əvvəlində Trampın prezident aparatının sədri Con Kelli ilə keçirdikləri görüş zamanı Ağ Evin sənədi məxfi saxlamasını istəmişdi.

Tramp dəfələrlə seçkiqabağı kampaniyasının Rusiya ilə heç bir əlaqəsi olmadığını iddia edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG