Accessibility links

Tramp ilə Merkel Ağ Evdə görüş keçirir


Trump US Germany
Trump US Germany

Almaniya kansleri cümə günü ABŞ prezidenti Donald Trampla bir günlük görüş məqsədilə Ağ Evə gəlib. Bu görüş Fransa prezidenti Emmanuel Makronun Birləşmiş Ştatlara üçün günlük səfərindən sonraya təsadüf edir.

Vaşinqtonda keçirilən ard-arda görüşlərin prezident Trampı İran nüvə razılığınıdan geri çəkilməməyə və Avropa İttifaqı ölkələrini polad və alümimium tariflərindən həmişəlik azad etməyə razı salmaq məqsədi daşıdığı güman edilir.

Makronun səfəri zamanı Trampla Makron arasında səmimi münsaibətlərin olduğu görülsə də, onun Merkel ilə münasibəti daha soyuqdur. 2017-ci ilin mart ayında onların ilk görüşü zamanı Trampın Merkellə əl-ələ görüşmədiyi və iki liderin martın 1-də baş tutan telefon görüşməsinə qədər beş ay boyunca heç bir danışıq aparmadığına dair məlumatlar var.

Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Donald Tramp
Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Donald Tramp

“Emmanuel Makron prezident Trampı valeh etməkdə daha uğurlu idi, amma Angela Merkelin priroiteti bu deyil, o, münasibətini prinsip, ümumi dəyərlər və ortaq mənafelərə əsaslayır,” deyə Cons Hopkins Universitetinin Avropa və Avrasiya Araşdırmaları fakülətsinin direktoru Erik Cons söyləyib.

Heritage Fondunun Marqaret Tetçer Mərkəzinin direktoru Nil Qardiner Amerikanın Səsinə deyib ki, o, Merkelin Tramp administrasiyasına qarşı yanaşmasının Fransa prezidentindən fərqli olaraq daha mübahisəli və rəqabətli olacağını təxmin edir.

“Almanlar Trampın xarici və iqtisadi siyasətini daha çox tənqid edib. Düşünürəm ki, Angela Merkel bəzi məsələlərdə Makrondan daha sərt mövqe sərgiləcəyək, eyni zamanda isə İran nüvə razılığını saxlamağa çalışacaq,” o deyib.

Vaşinqtonda yerləşən Strateji və Beynəlxlaq Araşdırmalar Mərkəzinin Avropa proqramının direktoru Hezer Konli müxbirlərə deyib ki, iki Avropa liderinin bu həftə Vaşinqtona səfərlərinə “İran nüvə razılığını xilas etmək səfəri” adı veriləcək.

Fransa prezidenti Emmanuel Makron Konqres qarşısında çıxış edir
Fransa prezidenti Emmanuel Makron Konqres qarşısında çıxış edir

Makron səfəri zamanı dəfələrlə Tramp və ABŞ Konqresini 2015-ci ildə altı dünya qüdrəti – Birləşmiş Ştatlar, Britaniya, Almaniya, Fransa, Rusiya və Çinin İranla beynəlxalq iqtisadi sanksiyaların aradan qaldırılması müqabilində Tehranın nüvə proqramını məhdudlaşdırması üzərində əldə olunan razılıqdan geri çəkilməməyə çağırıb.

Tramp Obama administrasiyası dövründə əldə olunan bu razılığı “ən pis razılıq” adlandırıb. O, İranın 10 illik sazişin sonunda nüvə imkanlarına sahib olacağını deyir və tez-tez İranın Suriya, Yəmən və Livandakı hərbi əməliyyatlarını kəskin tənqid edir.

Trans-Atlantik ticarət

Merkel ziyarəti zamanı bir digər mühüm məsələ Trans-Atlantik ticarətin olacağı gözlənilir. Beynəlxlaq Araşdırmalar Mərkəzinin Avropa proqramının direktor-müavini Ceff Ratke deyib ki, bu məsələlə xüsusilə də Almaniya üçün çox mühümdür.

Alüminium
Alüminium

“Almaniya Avropa İttifaqının ən böyük iqtisadiyyatıdır. Onun iqtisadiyyatı ticarətə bağlıdır. Mən qeyd etmək istərdim ki, əgər Birləşmiş Ştatlar alüminim və polad tariflərinə istisnaları uzatmasa, Avropa İttifaqı cavab tədbiri görəcək,” Ratke deyib.

Ratke qeyd edib ki, Almaniyanın da Birləşmiş Ştatlar kimi Çinin ticarət praktikası və iqtisadi rolu ilə bağlı narahatlıqları var.

Bundan əlavə iki liderin ikitərəfli görüşdə NATO ittifaqının vacibliyini və Suriya ilə bağlı planları müzakirə edəcəyi gözlənilir.

XS
SM
MD
LG