Accessibility links

Tramp QİÇS üzrə məsləhət şurasının son üzvlərini işdən çıxarıb


Tramp administrasiyası Prezidentin İİV/QİÇS üzrə Məsəhət Şurasının (PACHA) qalan üzvlərini işdən çıxarıb.

The Washington Post-un verdiyi məlumata görə, şura üzvləri bu həftə paneldəki vəzifələrinin dərhal sonladırıldığını açıqlayan məktub alıb.

PACHA 1995-ci ildə Klinton administrasiyası zamanı Ağ Evə İİV strategiyaları və siyasəti ilə bağlı məsləhət vermək məqsədilə yaradılıb.

Şuranın Ağ Evin səhiyyə siyasətindən narazı olan altı üzvü iyun ayında istefaya gedib. Onlardan biri LGBT haqlarını müdafiə edən Lambda Legal təşkilatının hüquqşünası Skot Şoetsdir.

Skot Şoets
Skot Şoets

O, istefaya gedəndən sonra Newsweek ABŞ prezidenti Donald Trampın İİV ilə yaşayan insanların qeydinə qalmadığını yazmışdı. O deyib ki, Tramp administrasiyası “İİV ilə yaşayan insanlara zərər yetirəcək və xəstəliyə qarşı mübairəzədə əldə olunan vacib irəliləyişləri dayandıracaq qanunun həyata keçirilməsini istəyir.”

O cümə günü The Washington Post –a bildirib ki, “mənim üçün “dönüş nöqtəsi prezindetin mənim kimi İİV ilə yaşayan insanlar üçün çox vacib olan Obamacare –a qarşı yanaşması idi.”

Şoets deyib ki, ictimaiyyət “Birləşmiş Ştatlarda İİV ilə yaşayan insanların təkcə təxminən 40 faizinin həyat-qurtaran dərmanlara çıxışının olduğunundan xəbərdar deyil. ABŞ prezidentinin bu reallıqlardan xəbərdar olmaması, epidemiyalara qarşı mübarizəni prioritet etməyən və son illərdə əldə olunan irəliləyişləri ləğv edən qanunu dəstəkləməsi qəbul-edilməzdir.”

PACHA-nın icracı direktoru B. Key Heyes deyib ki, işdənçıxarma Ağ Evin “yeni səslər gətirmək” səylərinin bir hissəsi olduğunu deyib.

Nyu Yorkun LGBT Şəbəkəsinin icracı direktoru Dr. Deyvid Kilmnik bu addımı fərqli qiymətləndirir. O, cümə günü yaydığı bəyanatda şura üzvlərinin işdən çıxarılmasını “Tramp administrasiyasının LGBT icmasını və bizə təsir göstərən məsələləri silmək səyləri çərçivəsində atılan bir addım” adlandırıb.

Federal Reyestrdəki bildirişdə Səhiyyə və İnsan Xidmətləri Departamentinin şuraya yeni namizədlər axtarıldığı qeyd olunub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG