Accessibility links

Tramp metal tariflərini aşağı salmaq istəmir [Video]


Tramp metal tariflərini aşağı salmaq istəmir
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Tramp metal tariflərini aşağı salmaq istəmir

ABŞ, Meksika və Kanadadan olan ticarət nümayəndələrinin hamısı böyük gülümsəmə ilə foto çəkdirsələr də, Şimali Amerika Azad Ticarət Sazişini yeniləmək üçün aparılan danışıqlar çox məhdud razılaşma ilə başa çatıb.

Danışıqlar ABŞ prezidenti Donald Tramp tərəfindən polad idxalında 25 faiz, alüminium idxalında isə 10 faiz nisbətində tarif tətbiq olunması ilə bağlı təklif irəli sürüldükdən sonra daha da mürəkkəbləşib.

İsrailin baş naziri Benyamin Netenyahu ilə Oval ofisdə görüşü zamanı Donald Tramp sazişin gələcəyi ilə bağlı Kanada və Meksika üçün yalnız bir şərtlə güzəşt edəcəyini qeyd edib.

"Əgər biz razılaşa bilməsək mən NAFTA-nı ləğv edəcəm. Amma əgər mən amerikalı işçilər və xalqı üçün ədalətli razılıq əldə etsəm, Kanada və Meksika ilə danışıqlar üçün ən vacib məsələ poladin qiymətləri olacaq." - deyə, Donald Tramp bildirib.

NAFTA danışıqlarının uğursuz olmasında sonra Kanadanın xarici işlər naziri ölkəsinin ABŞ-a qarşı çıxmağa hazır olduğunu bildirib.

"Kanadanın polad və alüminium məhsullarına məhdudiyyətlər qoyulacaqsa Kanada öz ticarət maraqlarını və işçilərimizi müdafiə etmək üçün müvafiq tədbirlər görəcək." - deyə, Kanadanın xarici işlər naziri Kristia Friland qeyd edib.

PNC-nun baş iqtisadçısı Bill Adams deyir ki, Trampın planı ticarət tərəfdaşlığında tarif öhdəliyi ilə bağlı potensial risk yaradır.

“Əgər ABŞ idxal olunan məhsullara qarşı yüksək tariflər tətbiq edərsə, o zaman bizim xarici tərəfdaşlarımız da ABŞ məhsullarına qarşı eyni addımı atacaq. Bu zaman da heç bir artım olmur." - deyə, Bill Adams bildirib.

Prezident Trampın respublikaçı müttəfiqləri tarifləri beynəlxalq ticarət müharibəsi kimi qiymətləndirərək tənqid ediblər.

Adams isə tariflərin ABŞ iqtisadiyyatına təsirinin məhdud olacağını söyləyir.

“Metal tariflərinin ABŞ iqtisadiyyatına olan birbaşa təsiri olduqca kiçik olacaq. Tipik Amerika istehlakçıları bir həftədə çox az alüminium və ya polad istehlak edir. Odur ki,onlar qiymət fərqini hiss etməyəcəklər." - deyə, Adams əlavə edib.

Termax şirkətinin icraçı direktoru Mark Smit bildirib ki, onun kimi digər avtomobil şirkətləri də biznesi harada etməyi yenidən düşünə bilərlər.

"Əgər mənim aldığım materialın qiyməti 25 faiz bahalaşacaqsa, əlbəttə mən də bir biznesmen olaraq daha ucuz iş görə biləcəyim yerlər axtaracam.” - deyə, Smith bildirib.

İnvestorlar prezidentin təklifi geri çəkəcəyini düşündüyünü üçün bazar ertəsi ABŞ səhmləri qalxmaqda davam edib.

XS
SM
MD
LG