Accessibility links

Tramp milli fövqəladə vəziyyət elan etdi


ABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp

Prezident Donald Tramp Konqresi yan keçərək Meksika ilə sərhəddə divar inşa etmək üçün lazım olan pulu əldə etmək üçün fövqəladə vəziyyət elan edib.

Güman edilir ki, Trampın ən böyük seçki kampaniyası vədi olan divar inşa etmək cəhdi prezidentin mühafizəkar elektoratını razı salacaq. Lakin bu addım həmçinin Trampın öz səlahiyyətlərindən sui-istifadə etdiyinə dair ittihamları da intensivləşdirir.

Tramp federal höküməti maliyyələşdirən qanun layihəsini də imzalayacağını deyib.

Nümayəndələr Palatası və Senat sərhəd təhlükəsizliyi ilə bağlı qanun layihəsini cümə axşamı təsdiq edib. Bununla hökümətin bağlanmasının qarşısını alınacaq.

Sərhəd divarı
Sərhəd divarı

Qanun layihəsi onu sərhədin 90 kilometri boyunca baryerin inşası üçün $1.3 milyard dollarla təmin edir. Bu isə Trampın tələb etdiyi 5.7 milyard dollardan xeyli azdır.

Milli fövqəladə vəziyyət elan etmək Trampı federal büdcədə başqa məsələlər üçün ayrılan pulu divarın tikintisinə yönəltmək səlahiyyəti ilə təmin edəcək.

Trampın qərarı höükmətin bağlanmasının qarşısını alsa da, bu qərar səbəbilə demokratlar və digərləri onu məhkəməyə verə bilər ki, bu da divarın inşasını illərlə ləngidə bilər.

Prezident ABŞ-Meksika sərhədində böhranın olduğunu təkid edir. O deyir ki, qeyri-qanuni immiqrasiya, cinayət, narkotik alveru və zorakı qanqsterlərin qarşısını yalnız divar ala bilər.

Demokratlar deyir ki, divar qanunsuz immiqrasiyanın qarşısını almaqda effektiv olmayacaq, eyni zamanda büdcəyə baha başa gələcək.

Demokratlar isə deyir ki, divar qanunsuz immiqrasiyanın qarşısını almaqda effektiv olmayacaq, eyni zamanda büdcəyə baha başa gələcək. Bundan əlavə bir çoxları sərhəddə fövqəladə halın olmadığını söyləyərək, Trampı böhran uydurmaqda günahlandırır.

Bundan əlavə prezidentin bəzi Respublikaçı müttəfiqləri də fövqəladə vəziyyətin elan edilməsinə qarşı çıxır. Bu isə Konqresin Trampın qərarını ləğv etməyə çalışacağına işarədir. Lakin yəqin ki, qanunvericilər böyük ehtimalla prezidentin vetosuna üstün gəlmək üçün kifayət qədər səs toplaya bilməyəcək.

Quinnipiac Universitetinin yanvar ayında keçirdiyi sorğunun nəticələrinə əsasən, amerikalıların üçdə ikisi fövqəladə vəziyyət elan edilməsinin əleyhinədir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG