Accessibility links

Tramp: Milyonlarla insanın həyatını xilas edə bilərik


BMT-nin Baş Assambleyasının Nyu-Yorkdakı açılışında ABŞ prezidenti Donald Tramp dünyada narkotik probleminə qarşı qlobal çağırışdan danışıb.

Tramp ABŞ-ın BMT-dəki səfir Nikki Heyli, dövlət katibi Mayk Pompeo, Milli Təhlükəsizlik müşaviri Con Bolton, BMT-ninbaş katibi Antonio Quterreşlə yanaşı bu haqda söz edib.

BMT bildirir ki, dünyada 31 milyon insanın narkotik vasitələrdən istifadə etdiyi üçün müalicəyə ehtiyacı var. Hər il 450 min insan yüksək doza və başqa səbəblərdən ölür.

Tramp çıxışında Ağ Evin son ayda açıqladığı dörd əsas məqsədini açıqlayıb: tələbatın azaltmaq, təchizatı dayandırmaq, müalicəni genişləndirmək və beynəlxalq əməkdaşlığı gücləndirmək.

Biz bu addımları birgə etsək, dünyanın hər bucağında saysız hesabsız insanın həyatını xilas etmiş olarıq.

Donald Tramp deyib: "Biz bu addımları birgə atsaq, dünyanın hər bir bucağında saysız hesabsız insanın həyatını xilas etmiş olarıq. Saysız hesabsız dedikdə mən milyonlarla və milyonlarla insanı nəzərdə tuturam. Mən bu gün bu otaqdakı hər bir ölkənin çağırışımıza cavab verməyə razı etdiyimə və bu əhəmiyyətli təşəbbüsünüzlə bağlı hər birinizə minnətdarlığımı bildirməkdən çox məmnunam. Amerika Birləşmiş Ştatları sizinlə birlikdə işləmək üçün cəmiyyətlərimizi gücləndirmək, ailələrimizi qorumaq və uşaqlarımıza narkotik maddələrdən təmiz gələcək çatdırmaq üçün çalışır."

BMT-nin baş katibi Antonio Quttereş və ABŞ prezidenti Donlad Tramp
BMT-nin baş katibi Antonio Quttereş və ABŞ prezidenti Donlad Tramp

​BMT baş katibi Antonio Quttereş prezident Trampa çıxışı və qlobal narkotik probleminə qarşı mübarizə təşəbbüsünə görə təşəkkür edib.

Çərşənbə axşamı Tramp BMT-nin Baş Assambleyasında çıxış edəcək və çərşənbə günü ABŞ-ın aylıq dövr başçılığını icra etdiyi Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək.

###

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG