Accessibility links

Tramp: “Miqrantlar şəraitlərindən narazıdırlarsa, onlara deyin, buraya gəlməsinlər"


Texasın miqrantların saxlandığı iki mərkəzin dəhşətli şəraitini göstərən foto-şəkillər nümayış etdirildikdən bir gün sonra Birləşmiş Ştatlar prezidenti Donald Tramp miqrantların çoxunun daha təhlükəsiz və şəraitlərinin gəldikləri yerlərdən daha yaxşı olduğunu deyib.

Miqrantların çoxu daha təhlükəsiz və şəraitləri gəldikləri yerlərdən daha yaxşıdır

“Bu ölkəyə qeyri-qanuni gələn miqrantlar saxlandıqları yerlərdəki şəraitdən narazıdırlarsa, onlara deyin, buraya gəlməsinlər, bununla da problem həll olunar” - deyə, Donald Tramp çərşənbə günü özünün Tweeter səhifəsində yazıb.

Tramp problemin demokratların pis miqrasıya qanunu səbəbindən olduğunu deyib.

Donald Tramp eləcə də sərhəd-keşikçilərini tərifləyərək, onların çox yaxşı iş gördüklərini deyib. Lakin o, son zamanlar hazırkı və sabiq agentlərin miqrantlar və Latın Amerika mənşəli qanunvericilər haqda irqçi və seksist şərhlərinə toxunmayıb.

Milli təhlükəsizlik naziri vəzifəsini icra edən Kevin Makalenan Facebook səhifəsində miqrantlar və Latın amerikalı millət vəkilləri haqqında irqçi, seksist və zorakılıqla bağlı şərhlər paylaşan qrupla bağlı təcili istintaqa başlanmasına göstəriş verib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG