Accessibility links

Tramp müəllimlərin silahlanmasını istəyir [Video]


Tramp müəllimlərin silahlanmasını istəyir
please wait

No media source currently available

0:00 0:01:51 0:00

Tramp müəllimlərin silahlanmasını istəyir

Bu həftə minlərlə şagird ştat paytaxtlarında və Ağ Evin qarşısında toplanaraq daha sərt silaha nəzarət qanunu tələb ediblər.

Cümə axşamı şağirdlərlə söhbət edən prezident Donald Tramp məktəbdə baş verən atışmaların qarşısını almaq üçün daha çox silah əlavə etməyi təklif edib.

"Əgər müəllimlərin 20 faizində silah olarsa onlar məktəbə girə bilməzlər. Biz insanlara bildirməliyik ki, əgər siz bizim məktəbə gəlsəniz öləcəksiz və bu çox sürətlə baş verəcək." - deyə, Tramp bildirib.

Ancaq müəllimlərin silahlandırılması ideyasını qanunvericilərin qəbul edəcəyi, cəmiyyətin dəstəkləyəcəyi və ya bunun nə qədər effektiv olacağı məlum deyil.

"Son Florida qətliamında atəş açan şəxsin AR-15 silahı var idi. Indi isə siz müəllimlərin tapançası olmasını istəyirsiz. Onlar AR-15-ə sahib biri ilə qarşılaşarsa bu ədalətli döyüş olmayacaq.” - deyə, Amerikan Universitetinin nümayəndəsi Kapri Kafaro bildirib.

Tramp həmçinin qeyd edib ki, silah əldə etmək istəyənlərin keçmişinin araşdırılması, yarı-avtomatik tüfəngi tam-avtomatik silaha çevirən ləvazimatın satışının qadağan edilməsi və silah almaq istəyənlərin yaş həddinin qaldırılması tədbirləri də həyata keçirilməlidir.

Ancaq ölkənin ən böyük silah tərəfdar qrupu olan Milli Tüfəng Assosiasiyasında bu tədbirlərin heç birini dəstəkləmir.

"Onların məqsədi bizim silaha sahib olmaq hüququmuzu əlimizdən alaraq fərdi azadlıqlarımızı məhv etməkdir." - deyə, Assosiasiyanın nümayəndəsi Vayn Lapierre bildirib.

"Biz təcili qanun dəyişikliyinin bütün silahları qadağan edəcəyini düşünmürük. Bizim axtardığımız həll yolu insanların fərdi silahlarına toxunmadan ictimai təhlükə yaradacaq silahların qadağan edilməsidir." - Ağ Ev sözçüsünün müavini Rac Şah qeyd edib.

Bu şərh onu göstərir ki, Amerikada silahlara nəzarətlə bağlı siyasət artıq dəyişməyə doğru gedir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG