Accessibility links

Tramp Rusiya istintaqı ilə məşğul olmaq üçün xüsusi komanda yaradacaq


ABŞ prezidenti Donald Tramp xaricə səfərindən geri dönəndən sonra Ağ Ev onun seçki kampaniyası ilə Rusiya arasında əlaqələrin olduğuna dair ittihamlara cavab olaraq aktiv səylər görməyi planlaşdırır.

Trampın müşavirləri onun noyabrda keçirilən prezident seçkilərindən əvvəl və sonra Rusiya ilə əlaqələri ilə bağlı söz-söhbətə qarşı mübarizə aparmaq üçün “müharibə otağı”, yəni siyasi strategiyanın planlaşdıran komanda yaratmağı planlaşdırır. Eyni zamanda isə Trampa yaxın administrasiya rəsmilərinin Reutersə verdiyi məlumata görə, onlar Ağ Evə yeni məsləhətçilər gətirir.

Bu, Vaşinqtondakı respublikaçıların təhqiqatla bağlı daha çox narahat olmağa başlamasından, Ağ Evdə davam edən hərcmərclik və Trampa dəstəyin rəy sorğularında azalmasınının prezindentin səhiyyə qanununa islahatlar təqdim etmək, vergiləri azaltmaq və ölkənin infrastrukturunu bərpa etmək planlarınının qarşısını alacağına dair narahatlıqların artmasından sonraya təsadüf edir.

Tramp ABŞ-a geri dönəndən sonra administrasiyanın Rusiya istintaqı ilə məşğul olmaq üçün Trampın keşmiş kampaniya meneceri də daxil olmaqla, yeni siyasi profesionalları və mümkündür daha çox hüquqşünası cəlb edəcəyi gözlənilir. Ədliyyə Nazirliyi istintaqa başçılıq etmək üçün xüsusi məsləhətçi təyin etməsindən sonra məsələ daha da mühüm bir hal alıb.

Gündəmi irəlilətmək

Moskvanın Trampın administrasiyasına təsir göstərdiyinə dair iddialara qarşı mübarizə aparmaqla yanaşı, mesajlaşma səyi Trampın siyasi gündəmini irəlilətməyə çalışacaq. Bu isə Vaşinqtondan kənarda Trampın seçki kampaniyası zamanı edilən mitinqlər kimi mitinqlərin keçiriləcəyi deməkdir.

Ağ Evlə mütəmadi əlaqəsi olan bir şəxs deyib ki, onlar qanun mühafizə orqanları və kəşfiyyat icmasından mətbuata daha çox məlumatın sızdırılacağını bildiyi üçün diqqəti “bu yeni reallığa” yönətmək üşün yeni struktura ehtiyacı var idi. Bu cür məlumat sızıntıları isə mayın 9-da Federal Təhqiqatlar Bürosunun direktoru Ceymz Kominin işdən çıxarılmasından sonra daha da artıb.

Ağ Ev “müharibə otağı” planları ilə bağlı şərh verməkdən imtina etsə də, Trampın Səudiyyə Ərəbistanı, İsrail və Avropaya səfəri zamanı əldə etdiyi momentumu genişləndirməyi planlaşdırdığını deyib. Ağ Ev rəsmisi daha çox mitinq keçirmək planlarını təsdiq edib.

Tramp prezident kimi ilk xarici səfərindən Vaşinqtona şənbə günü qayıdır.

Stiv Bannon və Cared Kuşner
Stiv Bannon və Cared Kuşner

Kuşner və Bannon cəlb olunub

Mənbələrinin vediyi məlumata görə, Trampın baş müşaviri Cared Kuşner, o cümlədən Trampın populist gündəmini idarə edən və onun siyasi imicini formalaşdıran bir digər müşaviri Stiv Bannon yeni strateji mesajlaşma əməliyyatına cəlb olunacaq. Bundan əlavə onlar deyib ki, Bannon və Trampın prezident idarəsinin rəhbəri Reins Pribus bu həftə planı hazırlayıblar.

Cümə axşamı NBC News və The Washington Post seçkidən sonra Rusiya rəsmiləri ilə bir sıra görüşlər keçirən Kuşnerin istintaqın diqqət mərkəzində olduğu barədə məlumat verib. Bununla da, Kuşner təhqiqatla əlaqəsi olan ilk hazırkı Ağ Ev rəsmisi oldu. Lakin Trampın kürəkəni olan Kuşner heç bir qanun pozuntusunda ittiham olunmur.

Trampın keçmiş kampaniya meneceri Kori Levandovskinin də bu səylərdə iştirak edəcəyi gözlənilir. Ona yıx bir mənbənin verdiyi məlumata görə, bu yaxınlarda Ağ Evdə görünən Levandovski gələn həftə administrasiyaya daxil ola bilər.

Tramp Levandovskini 2016-cı ilin iyununda onun ümumi seçkilərdə Demokrat Hillari Klintona qarşı mübarizəsinə nəzarət edə biləcək qədər təcrübəli olmadığı ilə bağlı narahatlıqlara görə işdən çıxarmışdı, lakin o, ozamandan bəri Trampın etibarlı məsləhətçisi və müdafiəçisis olub.

Ağ Evə yaxın bir digər Respublikaçı deyib ki, yeni komanda prezident Bill Klintonun etdiklərini təkrarlayır. Klinton 1990-cı illərin sonun impişmentlə üzləşəndə onun Monika Leviskiylə ilə cinsi əlaqəsinə dair məsələylə məşöul olmaq üçün xüsusi əməliyyat qrupu yaratmışdı. Bu arada Ağ Evin digər işçiləri isə gündəlik siyasi məsələlərlə məşğul olurdu.

“Ağ Evin məqsədi böhranı cilovlamaq və medianın xüsusi məsləhətçini işıqlandırmasına nəzarət etməkdir”, deyə Respublikaçı bildirib.

ABŞ prezidenti Donald Tramp vəzifədəki ilk 100 gününü qeyd etmək məqsədilə mitinq keçirir
ABŞ prezidenti Donald Tramp vəzifədəki ilk 100 gününü qeyd etmək məqsədilə mitinq keçirir

Səfərlər çoxalacaq

Newsmax Mediasının baş icraçısı və Trampın dostu Kristofer Ruddi prezindetin daha çox səfər edəcəyini gözlədiyini deyir və Ağ Evi diqqəti onun əsas tərəfdarlarına xitab edən məsələlərə yönəltməyə çağırır.

Tramp ötən həftə Ayova ştatının Sedar Rapids şəhərində siyasi mitinq planlaşdırıb. Ağ Ev buna bənzər başqa mitinqlərin də planlaşdırıldığını bildirir.

Koqresdəki Respublikaçıları Trampın Rusiya istintaqından kənarlaşın diqqəti qanunvericiliyə və administrasiya boyu boş qalan yüzlərlə vakansiyanı doldurmağa yönəltməyə çağırır.

XS
SM
MD
LG