Accessibility links

Xüsusi prokuror Trampın Rusiya təhqiqatı çərçivəsində ifadə verməsi haqda göstəriş verə bilər


ABŞ prezidenti Donald Trampın keçmiş vəkili bildirib ki, Rusiyanın 2016-cı ildə Birləşmiş Ştatlarına müdaxiləsi ilə bağlı təhqiqata rəhbərlik edən xüsusi prokuror təhqiatın gedişində prezidentin hüquqi qaydada ifadə verməyə məcbur edilməsinin mümkünlüyü məsələsini qaldırıb.

Con Doud Associated PressReuters agentliklərinə deyib ki, xüsusi prokuror Robert Müller mart ayında prezidentin hüquqi komandası ilə görüşündə Trampa ifadə vermək üçün çağırış məsələsini müzakirə edib. Doudun bu açıqlamaları The Washington Post qəzetində bundan əvvəl çıxmış məqalədə təsdiqlənib.

Doud Trampın hüquqşünaslardan ibarət komandasını Müllerlə görüşdən az sonra tərk edib.

Müller həmçinin Trampın kampaniyasının seçkilərə müdaxiləni Rusiyaya ilə koordinasiya edib-etməməməsi və Trampın təhqiqata mane olub-olmaması məsələlərini araşdırır.

Tramp kampaniyasının 2016-cı ildə seçkilərə təsir göstərmək məqsədilə Rusiya ilə əlaqə yaratdığına dair iddiaları dəfələrlə rədd edərək, Müllerin təhqiqatını “ifritə ovu” adlandırıb.

The New York Times qəzeti Müllerin prezident Trampa təhqiqat çərçivəsində vermək istədiyi 44 sualdan ibarət siyahını dərc edib. Qəzetin verdiyi məlumata görə, siyahı Trampın hüquqşünasları tərəfindən xüsusi prokorurun komandasının təhqiqatçılarının onlara oxuduğu suallar əsasınd hazırlanıb.

Tramp sualların mediaya sızmasını Twitter səhifəsində yazdığı mesajda kəskin tənqid edib.

XS
SM
MD
LG