Accessibility links

Tramp konqresmen Mulvaneni Ağ Evin büdcə direktoru vəzifəsinə nominasiya edib


ABŞ prezidenti seçilmiş Donald Tramp respublikaçı konqresmen Mik Mulvanenin namizədləyini Ağ Evin büdcə direktoru vəzifəsinə irəli sürüb. Bu, Trampın hərbi büdcənin artırılması, yüksək xərclər tələb edən proqramların müdafiə edilməsi və ölkənin infrastukturunun bərpa edilməsi haqda vədinə baxmayaraq, federal xərclərin ixtisar edilməsini planlaşdırdığına işarədir.

Mulvane büdcə məsələlərində mühafizəkar mövqeyi ilə tanınır. O, Respublikaçılar partiyasında öz həmkarlarına federal büdcənin azaldılması üçün təzyiq göstərib.

Konresmen Mik Mulvane
Konresmen Mik Mulvane

"Hazırda bizim təxminən 20 trilyon məbləğində borcumuz var, lakin Mik ölkənin maliyyəsinin məsuliyyətli şəkildə idarə edilməsi və ölkəmizin büdcə defisitində boğulmaqdan necə xilas edilməsinə dair dərin inamı olan yüksək enerjiyə malik bir liderdir"-deyə şənbə günü öz qərarını açıqlayan Trampın bəyanatında deyilir.

Mulvanenin Senatda Menecment və Büdcə ofisinin direktoru vəzifəsinə təsdiq edilməsi Trap administrasiyasının federal büdcəni necə idarə edəcəyi ilə bağlı mühafizəkar qanunvericilərin narahatlıqlarını azalda bilər.

Tramp federal xərcləri ixtisar etməyə, lakin hərbi xərcləri artırmağa və tibbi və sosial sığorta proqramlarını müdafiə etməyə söz verib. O həmçinin ölkənin infrastrukturunu bərpa etmək məqsədilə 1 trilyon dollar məbləğində vəsaitin ayrılmasına çağırıb. Bu, uzun illər demokratlar arasında populyar ideya olub.

Mulvane 2010-cu ildə Konqresə seçilən büdcə məsələlərində mühafizəkar mövqeyə malik gənc qanunvericilər arasında olub. O, 2011-ci ildlə Nümayəndələr Palatasında respubilikaçılar və prezident Obama arasında ciddi büdcə məhduiyyətlərinin təsdiq edilməsi ilə nəticələnmiş siyasi qarşıdurmanın əsas fiqurlarından biridir.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG