Accessibility links

Trampın müttəfiqləri onu yeni kitabdakı iddialardan müdafiə edir


Tramp administrasiyasının rəsmiləri və müttəfiqləri prezidentin müdafiəsində birləşərək, onun vəzifəsinə münasib olmadığı haqda iddialar irəli sürülən qalmaqallı yeni kitabın mümkün nəticələrininq qarşısını almağa çalışır.

Maykl Vulfun Amerikanın 45-ci prezidenti haqda yeni kitabı “Alov və Qəzəb: Tramp dövründə Ağ Ev” (Fire and Fury: Inside the Trump White House) adlanır.

Trampın keçmiş baş strateqi Stiv Bannon da kitabdakı iddialarla bağlı açıqlamalar verməyə çalışır.

WikiLeaks veb səhifəsi prezident Donald Trampın tənqid edildiyi kitabın mətninin yerləşdilrildiyi linki paylaşıb.

Kitabın elektron surəti internetdə bazar günü, onun işıq üzü görməsindən iki gün sonra yerləşdirilib.

ABŞ prezident Donald Tramp və Ağ Evin keçmiş baş strateqi Stiv Bannon
ABŞ prezident Donald Tramp və Ağ Evin keçmiş baş strateqi Stiv Bannon

Kitabın mətninin icazəsiz yerləşdirilməsi müəlliflik hüququnun pozulması ola bilər və onun satışına mənfi təsir göstər bilər. Buunla belə, WikiLeaks bundan bir neçə saat sonra Twitter sosial şəbəkəsində mesajında kitabın Amazon şirkətinin siyahısında birinci yerdə olduğunu və elektron kitablar arasında bestseller olduğunu bildirib.

Yeni kitabda prezident vəsifəsinin əhəmiyyətini dərk etməyən və müşavirlərinin onun səlahiyyətlərinə şübhə ilə yanaşdıqları bir şəxs kimi təsvir edilir. Tramp kitabın və onun müəllifinin “tamamilə nüfuzdan düşdüyünü” bildirib. Prezidentin köməkçiləri isə kitabdakı iddiaları qətiyyətlə rədd ediblər.

Ağ Evin keçmiş baş strateqi Stiv Bannon Axios xəbər saytında yerləşdirdiyi bəyanatında prezidentə dəstəyini bildirib və Trampın böyük oğlunu tərifləyib.

Bannonun kitabın müəllifinə Trampın böyük oğlu və onun kampaniyasının rəsmilərinin rusiyalı vəkillə görüşünün “xəyanətkar” və “qeyri-vətənpərvər” olduğu haqda açıqlamaları prezident Trampın qəzəbinə səbəb olub.

Lakin Bannon deyib ki, bu açıqlamalar Trampın oğlu deyil, onun kampaniyasının keçmiş meneceri Pol Manaforta aid olub.

Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Mayk Pompeo
Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Mayk Pompeo

Stiv Bannon bildirib ki, “Tramp oğulla bağlı yanlış xəbərlərə reaksiya verməkdə gecikməsinin” Trampın nailiyyətlərindən diqqəti yayındırdığına görə təəssüf hissi keçirir.

O, prezidentə dəstəyinin “sarsılmaz” olduğunu deyib.

Mərkəzi Kəşfiyyat agentiyinin direktoru Mayk Pompeo prezident Donald Trampı müntəzəm olaraq kəşfiyyatla bağlı məlumatlandırdığını və onun mürəkkəb məsələləri başa düşdüyünü və çətin suallar verdiyini bildirib.

Pompeo Fox xəbər tele-kanalına bildirib ki, Tramp ali baş komandan olmağa tamamilə yararlıdır və belə bir sualın verilməsi gülüncdür.

Mərkəzi Kəşfiyyat agentiyinin direktoru bildirib ki, bu kimi suallar “prezident Trampı Birləşmiş Ştatlar prezidenti kimi qəbul etməyən insanlardan gəlir və o onlara təəssüf edir”.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG