Accessibility links

Tramp Nevadada veteranlar qarşısında nitq söyləyib


ABŞ prezidenti Donald Tramp Nevada ştatının Reno şəhərində ölkədə birliyə çağırış ruhunda nitq söyləyib.

Tramp müharibə veteranlarının qrupu olan Amerika Legionunun qurultayının iştirakçıları qarşısında çıxışında deyib ki, “bizi ayıran yaraları sağaltmağın vaxtıdır”.

“Bizim kimliyimiz dərimizin rəngi, aldığımız əmək haqqının ölçüsü, ya da siyasi partiya mənsubiyyətimizlə müəyyən olunmur”, deyə Tramp bildirib.

ABŞ prezidenti sözünə davam edərək deyib: “Bizim kim olduğumuz bölüşdüyümüz humanizm, vətəndaşlığımız, bu möhtəşəm ölkə və ürəklərimizdəki sevgi ilə ölçülür.”

Bizim kimliyimiz dərimizin rəngi, aldığımız əmək haqqının ölçüsü, ya da siyasi partiya mənsubiyyətimizlə müəyyən olunmur.

Tramp nitqini bundan bir gün əvvəl Arizona ştatının Finiks şəhərində media agentliklərini onun bu yaxınlarda Virciniya ştatının Şarlotsvill şəhərində neo-nasistlər və ağdərili millətçilər tərəfindən təşkil edilmiş yürüşlə bağlı açıqlamalarını işıqlandırması ilə əlaqədar tənqid etdiyi bölücü çıxışından sonra söyləyib. Trampın ağdərili millətçinin avtomobilini insanların üzərinə sürməsi nəticəsində 32 yaşlı Hether Hayerin həyatını itirdiyi zorakılığa görə hər iki tərəfi tənqid etməsi geniş şəkildə qınanıb.

Prezident Donald Tramp Arizona ştatında Finiks şəhərində nitq söyləyir
Prezident Donald Tramp Arizona ştatında Finiks şəhərində nitq söyləyir

Tramp Finiskdə çıxışından sonra Tvitter səhifəsində medianı tənqid etməyə davam edib.

Bizim kim olduğumuz bölüşdüyümüz humanizm, vətəndaşlığımız, bu möhtəşəm ölkə və ürəklərimizdəki sevgi ilə ölçülür.

Trampın çıxışlarının tonunun tez-tez dəyişdiyi məlumdur. Məsələn, bazar ertəsi günü ABŞ-ın Əfqanıstanla bağlı strategiyası ilə bağlı uzun zamandır gözlənilən müraciətini edərkən Tramp barışıq tonunda çıxış edib. Amerika prezidenti deyib ki, “ABŞ yenə də özü-özü ilə müharibə aparmayan bir ölkə olmalıdır.”

Nevadada bir sıra proqressiv qruplar Trampı Reno-Sparks qurultay mərkəzində qarşılayacağını bildirib. Etiraz nümayişlərinin təşkilatçıları aksiyaların dinc keçiriləcəyini vurğulayıblar.

Renoda nitq söyləyəndən sonra Tramp ABŞ-ın Veteranlar administrasiyası tərəfindən veteranların şikayətləri və güzəştlər haqda müraciətlərə dair prosesini sürətləndirməsinə kömək edəcək akt imzalayıb. Ağ Ev hazırda 470 min müharibə veteranının müraciətlərinə cavab gözlədiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG