Accessibility links

Tramp oğlunun rusiyalı vəkillə görüşündən xəbərdar olmadığını deyir


ABŞ prezidenti Donald Tramp cümə günü 2016-cı ildə Trump Tower-da rusiyalılarla oğlu Donald da daxil olmaqla, onun seçki kampaniyasının işçiləri arasında görüş barədə xəbərdar olduğunu inkar edib.

"Mənim oğlumla keçirilən görüş haqqında xəbərim yox idi" - Tramp Twitter hesabında CNN-nin cümə axşamı paylaşdığı xəbərə istinadən yazıb.

CNN-nin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın sabiq özəl vəkili Maykl Kohen deyib ki, Tramp əvvəldən iyunun 26-da Tramp Tower-da baş tutan görüşdən xəbrədar olub. Həmin görüş zamanı ruslar Trampın demokrat rəqibi Hillari Klintona xələl gətirəcək məlumatlar təklif ediblər.

CNN adını çəkmədiyi, lakin məsələdən xəbərdar mənbələrə istinadən bildirib ki, Kohen bu məlumatı Trampın seçki kampaniyası ilə Rusiya arasında mümkün əlaqələri araşdıran xüsusi prokuror Robert Müllerə çatdırmağa hazırdır.

“Ona inanmaq olmaz”- deyə, Trampın vəkili Rudi Culiani cümə axşamı bildirib.

Kohen Reuters-in məsələ ilə bağlı şərh vermək müraciətinə cavab verməyib. Onun vəkili Lanni Deyvis isə şərh verməkdən imtina edib.

Müllerin sözçüsü Piter Karr və Manhattanın federal prokurorlarının sözçüsü Nikolas Bayas da şərh verməkdən imtina edib.

XS
SM
MD
LG