Accessibility links

Tramp Obamanı seçki dövrü telefon danışıqlarının dinlənilməsində ittiham edib


Prezident Donald Tramp sələfi Barak Obamanı 2016-cı il noyabr prezident seçkilərindən öncə onun Nyu-Yorkda Tramp qülləsindəki ofisilərində telefon danışqılarının dinlənilməsində ittiham edib.

Şənbə günü Tvitter səhifəsində yazdığı bir sıra mesajlarda Tramp telefon danışıqlarının dinlənilməsini keçmiş prezident Riçard Niksonun istefası ilə nəticələnmiş Uotergeyt (Watergate) qalmaqalına bənzədib.

"Hakimiyyətdə olan prezidentin seçkidən öncə telefon danışıqlarını dinlətməsi qanunidirmi? Bundan əvvəl məhkəmə bunu rədd edib. YENİ DİB!"

"Sizi inandırıram ki, yaxşı vəkil prezident Obamanın oktyabr ayında, Seçkidən öncə mənim telefonlarımın dinlənilməsi faktı ilə bağlı yaxşı bir iş açardı!"

​"Prezident Obama müqəddəs seçki prosesində mənim telefonlarımı dinləmək qədər aşağı səviyyəyə enib. Bu, Nikson/Uotergeytdir. Pis (ya da xəstə) adam!"

Tramp dinlənilməyə dair sübut göstərməyib.

Mili Təhlükəsizlik agentliyində keçmiş təhlilçi və əks-terror agenti olmuş Con Şindler Tvitterdə yazıb ki, prezidentin ittihamları 1978-ci ildə qəbul edilmiş Xarici Kəşfiyyat İzləmə Aktına aid edilə bilər. Sənəd xarici ölkələr və onların agentlikləri arasında informasiyanın izlənilməsi və toplanmasına imkan verir.

"Məlumat toplanılması xarici Xarici Kəşfiyyat İzləmə Aktına görə çətin ki qeyri-qanunidir. Əgər ABŞ prezidentinin başqa dəlili varsa, onu göstər, ya da sus!

Cümə günü Breitbart News xəbər veb saytında mühafizəkar radio şou aparıcısı Mark Levinin Obamanın "polis dövləti" taktikalarıından istifadə edərək, "səssiz çevriliş" hazırladığına dair ittihamları ilə bağlı məlumat verilib. Trampın Ağ Evdə strateji müşaviri Stiven Bannon hazırkı vəzifəsindən əvvəlBreitbart-ın icraçı rəhbəri olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG