Accessibility links

Meksika prezidenti Trampla görüşündə əsas diqqətin ticarətə yönələcəyini deyib


Meksika prezidenti Andres Manuel López Obrador iki ölkə və Kanada arasında yeni bir ticarət sazişinin qüvvəyə minməsindən bir neçə gün sonra ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona gəlib.

Çərşənbə axşamı yola düşməzdən əvvəl Mexiko şəhərində jurnalistlərlə görüşən López Obrador jurnalistlərin immiqrasiya siyasəti kimi digər məsələlərin qaldırılması ilə bağlı suallarının cavabında danışıqlar zamanı diqqət mərkəzində ticarət sazişinin olacağını deyib.

"İnkişaf üçün əməkdaşlıq həmişə vacibdir, lakin hazırkı qlobal iqtisadi böhran şəraitində imzalanan bu müqavilə bizə çox kömək edəcək" - deyə, Obrador bildirib.

O, bir çox ölkələr kimi Meksikanın da koronavirus pandemiyası zamanı üzləşdiyi iqtisadi çətinlikləri qeyd edib və Meksikanın qonşusu ilə yaxşı münasibətlər qurmasının vacibliyini vurğulayıb.

Meksika liderləri ikitərəfli danışıqların gündəliyində başqa mövzuların da olduğunu, xarici işlər naziri Marselo Ebrard Kasaubon və iqtisadiyyat naziri Qraciela Márkez Kolinin daxil olduğu heyətin amerikalı həmkarları ilə konfrontasiya deyil, əksinə, qarşılıqlı anlaşma dialoqu qurmağa çalışacağını bildirib.

Tramp Lopez Obradorun səfərindən əvvəl verdiyi qısa açıqlamalarında bunun "əsl görüş" olacağını deyib.

"O, yaxşı insandır. Mənim dostumdur və Meksika ilə çox yaxşı əlaqələrimiz var" - deyə, Tramp bildirib.

XS
SM
MD
LG