Accessibility links

Tramp amerikalı tələbənin ölümü ilə əlaqədar Şimali Koreya rejimini pisləyib


Supporters gather at the Wyoming Civic Center after Fred Warmbier, father of Otto Warmbier, a University of Virginia undergraduate student who was imprisoned in North Korea in March 2016, spoke during a news conference, June 15, 2017.
Supporters gather at the Wyoming Civic Center after Fred Warmbier, father of Otto Warmbier, a University of Virginia undergraduate student who was imprisoned in North Korea in March 2016, spoke during a news conference, June 15, 2017.

ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın Amerika kollec tələbəsi Otto Varmbiyerlə rəftarını “böyük biabırçılıq” adlandırıb. O deyib ki, Pxenyan onun Birləşmiş Ştatlara daha əvvəl qayıtmasına imkan versəydi Varmbiyer ölməyə bilərdi.

Prezident Donald Tramp bu açıqlamaları Ağ Evdə müxbirlərin suallarını cavablandırarkən verib.

“Otto ilə baş verənlər biabırçılıqldır. Bunun baş verməsinə heç bir şəkildə yol vermək olmazdı. Əgər o, evə daha əvvəl qayıtsaydı, mən düşünürəm ki, nəticə başqa cür olardı. Ottonun başına gələnlər əsl biabırçılıqldır. Mən onun ailəsi ilə danışmışam. Ailə bu çətin günləri yaşayır. O çoxdan evə qayıtmalı idi.”

Şimali Koreyada 17 ay həbsdə olduqdan sonra keçən həftə koma vəziyyətində ABŞ-a qaytarılan 22 yaşlı Varmbiyer bazar ertəsi dünyasını dəyişib.

Otto ilə baş verənlər biabırçılıqldır. Bunun baş verməsinə heç bir şəkildə yol vermək olmazdı. Əgər o, evə daha əvvəl qayıtsaydı, mən düşünürəm ki, nəticə başqa cür olardı.
Donald Tramp

ABŞ prezidenti bazar ertəsi yazılı bəyanatında Otto Varmbiyerin ailəsinə başsağlığı ifadə edib. “Valideyn üçün övladını itirməkdən faciəli heç bir şey ola bilməz”, Tramp bəyanatında bildirib. O, Şimali Koreya hökumətini “qəddar rejim adlandırıb və bildirib ki, gəncin ölümü onun “qanunun aliliyi və insan ləayqətinə hörmət etməyən rejimlər” tərəfindən gələcək faciələrin qarşısını almaq əzmini daha da gücləndirib.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli deyib ki, Varmbyerin ölümü “Şimali Koreya rəhbərliyinin barbar mahiyyətinə” dair uzunmüddəli bir xatırlatma olacaq.

Otto Varmbiyer Ohayo ştatında Sinsinnatti xəstəxanasına aparılmaq üçün gətirildiyi təyyarədən endirilir
Otto Varmbiyer Ohayo ştatında Sinsinnatti xəstəxanasına aparılmaq üçün gətirildiyi təyyarədən endirilir

Ohayo ştatının qubernatoru Con Keysik bildirib ki, bütün ohayolular əslən ştatın Sinsinnati şəhərindən olan Varmbyerin ölümünə kədərlənir. Pxenyan rejimini tənqid edən qubernator deyib ki, “bu dəhşətli vəziyyət Şimali Koreya rejiminin şər və zülmkar mahiyyətini göstərir”.

Otto Varmbiyerin azad edilməsi üzərində işləyən Ohayo senatoru Rob Portman deyib ki, o, “parlaq gələcəyi olan bir gənc” idi və onun ölümü “Ohayo və bizim hamımız üçün” böyük itkidir.

Varmbyerin ölümü “Şimali Koreya rəhbərliyinin barbar mahiyyətinə” dair uzunmüddəli bir xatırlatma olacaq.
Nikki Heyli

Çin Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Genq Şuanq Varmbiyerin ölümünü “faciə” adlandırıb və Birləşmiş Ştatlar və Şimali Koreyanın “məsələni lazımi şəkildə həll edəcəklərinə” inandığını bildirib. O, amerikalı tələbənin ölümünün Şimali Koreyanın nüvə silahı proqramı ilə bağlı məsələlərə təsiri olub-olmayacağı haqda sualı cavablandırmaqdan imtina edib, lakin tərəfləri danşıqları ən tez zamanda bərpa etməyə təşviq edib.

Otto Varmbiyer 2016-cı ildə Şimali Koreyada təbliğat posterini oğurlamaq cəhdi ilə əlaqədar 15 illik həbsə məhkum edilmişdi. O, iyunun 13-də koma vəziyyətində ABŞ-a gətirilmişdi.

Həkimlər 22 yaşlı Varmbiyerin Şimali Koreyada olduğu müddətdə ciddi beyin zədəsi aldığını bildirib. Lakin həkimlər buna nəyin səbəb olduğunu aydınlaşdıra bilməyib.

Varmbiyerin Şimali Koreyaya səfərini təşkil edən şirkət bundan sonra ABŞ vətəndaşlarını ölkəyə aparmayacağını bildirib. Şirkət bildirib ki, Varmbiyerin ölümü Amerika turistlərinin Şimali Koreyada qarşılaşdıqları risklərin yüksək olduğunu göstərir.

XS
SM
MD
LG