Accessibility links

Tramp Pakistanın Əfqanıstanda sülh danışıqları ilə bağlı səylərini artırmasını istəyir


Birləşmiş Ştatlar prezidenti Donald Tramp Talibanın Əfqanıstanda sülh danışıqlarına cəlb edilməsində Pakistanın səylərini artırmasını istəyib.

Pakistanın baş naziri İmran Xan bazar ertəsi cənab Trampdan Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın müzakirələr məqsədilə bu həftə Pakistana səfər edəcəyi barədə məlumat olan məktub aldığını bildirib.

İmran Xan Əfqanıstanda sülhün bərqərar olmasında Pakistanın əhəmiyyətli mövqedə olduğunu və bunun üçün əlindən gələni edəcəyini deyib.

Birləşmiş Ştatlarla Pakistan arasındakı yüksək səviyyəli təmas iki ölkə arasında münasibətlərdə gərginliyin artdığı dövrə təsadüf edir. Belə ki, ABŞ-la Pakistan arasında əlaqələr Amerikanın İslamabadı Talibanın Əfqanıstanda hücumlar keçirmək üçün Pakistan ərazisindəki sığınacaqlardan istifadə etdiyi haqda iddialarla əlaqədar gərginləşib.

17 ildir sürən Əfqanıstan müharibəsi son aylar Talibanın hücumlarının artması ilə intensivləşib. Talibanın hücumları ABŞ-ın dəstəklədiyi Əfqanıstanın təhlükəsizlik qüvvələri arasında böyük itkisinə səbəb olub.

XS
SM
MD
LG