Accessibility links

Tramp Parisdə Birinci Dünya Müharibəsinə həsr olunmuş mərasimdə iştirak edəcək


ABŞ prezidenti Donald Tramp və Birinci xanım Melaniya Tramp
ABŞ prezidenti Donald Tramp və Birinci xanım Melaniya Tramp

ABŞ prezidenti Donald Tramp cümə axşamı Fransaya yola düşüb. Orada o və onlarla digər dünya lideri Birinci Dünya Müharibəsində döyüşlərə son qoyan razılaşmanın imzalanmasının yüz illiyini qeyd edəcək.

Onun səfəri Birləşmiş Ştatların bir çox müttəfiqi ilə münasibətlərinin gərgin olduğu vaxta təsadüf edir. Fransa prezidenti Emmanuel Makron xəbərdarlıq edib ki, geosiyasi mühit dünya müharibələrindən öncəki vəziyyəti xatırladır.

Bazar günü keçiriləcək mərasimdən öncə bu həftə Fransanın şimal və şərqində müharibə dövrünə aid döyüş meydançalarını ziyarət edən prezidenti Makron Avropaya qarşı mövcud təhlükələr barədə xəbərdarlıq edib və deyib ki, qitə öz ordusunu yaratmalıdır.

“Biz özümüzü Çindən, Rusiyadan və hətta Birləşmiş Ştatlardan qorumalıyıq. Prezident Trampın 1980-ci illərdə Avropanın böyük bir hissəsinə təsir göstərən raket böhranın ortasında yaranan nəhəng tərksilah razılığından çəkiləcəyini elan etməsi ilə əsas qurban kim olacaq? Avropa və onun təhlükəsizliyi”, Makron Fransanın Europe 1 radio stansiyasına bildirib.

Makronla danışıqlar

Fransa rəsmiləri deyib ki, bu həftə keçirilən seçki nəticəsində prezident Trampın mənsub olduğu Respublikaçılar partiyasının Münayəndələr Palatasına nəzarəti itirməsinin Fransa-ABŞ münasibətlərinə heç bir təsiri olmayacaq.

ABŞ prezidenti şənbə günü Makronla danışıqlar aparacaq. Trampla həmkarı Vladimir Putin arasında gözlənilən görüşün baş tutub-tutmayacağı bəlli deyil.

Bello Vud
Bello Vud

Donald Tramp daha sonra ABŞ qoşunlarının müharibədə iştirak etdiyi ən dəhşətli döyüşün baş verdiyi Bello Vudu ziyarət edəcək. Həmin döyüş zamanı Almaniya mövqelərinə hücum edən 1800 Amerika əsgəri həlak olub. Üç həftə davam edən döyüşdən sonra Amerika qoşunları 1918-ci ilin iyun ayının 26-da Bello Vudu ələ keçirib. Tarixçi Jan-Mişel Steq deyir ki, ABŞ Dəniz piyadasının qəhrəmanlığı əfsanəvidir.

Müharibə zamanı Avropanı müdafiə edən 116 min amerikalı qoşun həyatını itirib. 14 mindən çoxu Avropa qitəsinin ən böyük məzarlığı olan Meuse-Arqon Amerika Məzarlığında dəfn edilib.

“Bu qüdrətlər arasına münasibətlər hər zaman asan deyil. Bunun da səbəbləri var. Hadisələri xatırlayan insanların yaşadığı kəndlərə gedəndə görürsən ki, Amerika əsgərlərinə qarşı böyük hörmət var”, Jan-Mişel Steq bildirir.

Birinci Dünya Müharibəsi veteranı
Birinci Dünya Müharibəsi veteranı

Münaqişə zamanı qırx milyon insan həyatını itirib. Bazar günü Parisdə Zəfər Tağında onlarla dünya liderinin iştirakı ilə keçirilən mərasimdə onların xatirəsi anılacaq.

Prezident Tramp daha sonra Amerika məzarlığında Veteranlar Gününə həsr olunmmuş ayrı mərasimdə iştirak edəcək.

XS
SM
MD
LG