Accessibility links

Onlarla keçmiş Respublikaçı Tramp əleyhinə 3-cü partiyanın yaradılmasını müzakirə edir


Keçmiş Prezident Donald Tramp və onun ABŞ demokratiyasına xələl gətirmək cəhdlərinə qarşı durmaq istəmədiklərini düşünən onlarla sabiq Respublikaçı mərkəz sağçı yönümlü partiya qurmaq üçün danışıqlar aparır. Bu barədə “Reuters” agentliyinə müzakirələrə qatılan dörd nəfər məlumat verib.

Erkən mərhələdəki müzakirələrdə əvvəllər seçilmiş Respublikaçılar, Ronald Reyqan, Corc Buş ata, Corc Buş oğul, Tramp, keçmiş Respublikaçı səfirlər və Respublikaçı strateqlərin iştirak etdiyi açıqlanıb.

Onlardan 120-dən çoxu cümə günü Konstitusiyaya və qanunun aliliyinə sadiq qalmağı da əhatə edən "prinsipial mühafizəkarlıq" platformasında işləyəcək qrupu müzakirə etmək üçün Zoom vasitəsilə bir araya gəlib.

Sözügedən şəxslər bildirib ki, bəzi yarışlarda Respublikaçı, müstəqil və ya Demokrat olmasından asılı olmayaraq, plan mərkəz sağçı namizədləri dəstəkləməkdən ibarət olacaq.

Nümayəndələr Palatası Respublikaçılar Konfransının əsas siyasi direktoru və 2016-cı il prezident seçkilərində müstəqil olaraq namizədliyini irəli sürən İvan MakMallin “Reuters” agentliyinə verdiyi açıqlamada keçmiş Respublikaçı rəsmilərlə Zoom-dakı görüşün təşkilatçılarından biri olduğunu, Trampın Respublikaçıları təsir altına salmasından və partiyanın nativist dəyişikliyindən narahat olduğunu qeyd edib.

Digər üç nəfər də “Reuters”ə potensial ayrılan partiyanın görüşünü və müzakirələrini təsdiqləyib, lakin adlarının açıqlanmamasını istəyib.

İştirakçılar arasında Trampın yanında Milli Təhlükəsizlik Nazirliyinin baş məsləhətçisi Con Mitnik, keçmiş Respublikaçı konqresmen Çarli Dent, Trampın yanında Milli Təhlükəsizlik Nazirliyi rəhbərinin müavini Elizabet Nyumann və Trampın keçmiş daxili təhlükəsizlik məmuru Mayls Teylor olub.

Müzakirələrdə Trampın seçki saxtakarlığı və 6 yanvarda Kapitoliyə basqınla əlaqədar yalan iddiaları ilə bağlı partiyalararası geniş uçurum vurğulanıb. Respublikaçıların əksəriyyəti keçmiş prezidentə sadiq qalsa da, digərləri partiyaya yeni bir istiqamət axtarır.

Həmin danışıqların iştirakçıları Konqresdəki Respublikaçıların yarısından çoxunun - 8 senator və Nümayəndələr Palatasının 139 üzvü Kapitoli binasının mühasirəsindən bir neçə saat sonra Baydenin seçki qələbəsinin təsdiqlənməsinin əleyhinə səs verdiklərindən xüsusilə narahat olduqlarını bildiriblər.

Respublikaçı senatorların əksəriyyəti bu həftə Senatda keçirilən impiçment məhkəməsində Trampın mühakiməsini dəstəkləməyəcəklərini də bildiriblər.

XS
SM
MD
LG