Accessibility links

Tramp: Patrik Şenahan yanvarın 1-dən müdafiə nazirinin səlahiyyətlərini icra edəcək


ABŞ prezidenti Donald Tramp və müdafiə nazirinin müavini Patrik Şenahan Ağ Evdə nazirlər kabinetinin iclasında, 9 aprel, 2018.
ABŞ prezidenti Donald Tramp və müdafiə nazirinin müavini Patrik Şenahan Ağ Evdə nazirlər kabinetinin iclasında, 9 aprel, 2018.

ABŞ prezidenti Donald Tramp müdafiə nazirinin müavini Patrik Şenahanın yanvarın birindən etibarən Pentaqon rəhbərinin vəzifəsini icra edəcəyini elan edib. Şenahan bu vəzifədə keçən həftə istefasını elan etmiş müdafiə naziri Cim Mattisi əvəz edəcək.

“Mən böyük məmmuniyyətlə bizim olduqca istedadlı müdafiə naziri müavini Patrik Şenahanın 2019-cu il yanvarın 1-dən müdafiə naziri səlahiyyətlərini icra edəcəyəni elan edirəm”, Tramp Twitter sosial şəbəkəsindəki mesajında bildirib.

Boeing şirkətinin keçmiş icraçı direktoru olan Şenahan müdafiə nazirinin müavini vəzifəsinə 2017-ci ildə təyin olunmuşdu.

Cim Mattis Trampa şəxsən təqdim etdiyi istefa məktubunda vəzifəsindən fevral ayının 28-də gedəcəyini bildirib.

Keçən həftə istefasını elan etmiş müdafiə naziri Cim Mattis
Keçən həftə istefasını elan etmiş müdafiə naziri Cim Mattis

Müdafiə naziri Trampın Suriyada ABŞ-ın 2 min nəfərdən ibarət əsgəri qüvvəsini çıxarması haqda qərarını elan etməsindən bir gün sonra istefa verib. Pentaqon ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılmasının əleyhinə idi.

Mattis məktubunda Suriya ilə bağlı mübahisəyə toxunmasa da, ABŞ-ın gücünün başqa ölkələrlə müttəfiqlik münasibətləri ilə “sıx bağlı” olduğuna inandığını xüsusi vurğulayıb.

ABŞ hərbi qüvvələri Mənbicdə
ABŞ hərbi qüvvələri Mənbicdə

Prezident Tramp Mattisin istefasını ilk olaraq Twitter sosial şəbəkəsində elan edərək, hərbi dəniz qüvvələrinin dördulduzlu generalının “fərqlənmə ilə” təqaüdə çıxacağını bildirib.

Trampın adını məktubda çəkməsə də Mattis özünün və prezidentin xüsusilə də müttəfiqlər və ABŞ-ın gücündən istifadə kimi məsələlərdə kəskin fikir ayrılıqlarını göstərib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG