Accessibility links

Tramp Pelosini "xəyanət"də ittiham edir, Demokratlar impiçment sorğusunu davam etdirir


ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasının spikeri Nensi Pelosini “Yüksək Cinayətlər və Nöqsanlar və hətta Xəyanət”də ittiham edirkən, Nümayəndələr Palatasının Demokrat qanunvericiləri prezidentə qarşı impiçment sorğusunu davam etdirirlər.

Trampın qeyd etdiyi ittihamlar prezidentin vəzifədən kənarlaşdırlması üçün Konstitutsiyada təsbit olunan müddəalarla eynidir.

İmpiçment sorğusunun mərkəzində Prezident Trampın Ukrayna lideri ilə söhbətində siyasi rəqibi Co Baydenə qarşı kompromat əldə etmək səylərinə dair iddialar dayanır.

Tramp impiçment səylərinə rəhbərlik edən Konqres üzvü Adam Şiffi də hədəf alıb. Tramp Nümayəndələr Palatasında Kəşfiyyat komitsəinin sədri olan Adam Şiffin prezidentin Ukrayna lideri ilə telefon söhbətini təhrif etdiyini deyir.

Komitə dinləməsində çıxış edən Adam Şiff deyib ki, Trampın Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon söhbətinin stenoqramı klassik mütəşəkkil cinayət şantajına bənzəyir və o, söhbətin öz oxuduğu versiyanın parodiya olduğunu diqqətə çatıdırıb.

“Ancaq siz bir şeydə haqlısınız - sizin sözlərinizin məsxərəyə qoyulmasına ehtiyac yoxdur,” Şiff Trampa ünvanlanan mesajda yazıb. “Sizin sözləriniz və əməlləriniz özləri özlərini məsxərəyə qoyur,” Demokrat konqresmen ABŞ prezidentini öz seçki rəqibinə qarşı kompromat əldə etmək üçün xarici dövlətə müraciət etdiyini vurğulayıb.


İmpiçment sorğusu Nümayəndələr Palatasının Kəşfiyyat, Xarici Əlaqələr və Nəzarət komitələrində bu həftəyə təyin olunmuş dinləmələrlə davam edəcək.

Çərşənbə axşamı konqresmenlər ABŞ-ın Avropa İttifaqındakı səfiri Qordon Sondlandı sorğu-sual edəcəklər. Cümə günü ABŞ-ın Ukraynadakı səfiri postundan geri çağırlmış Mari Yovanoviç dinləniləcək.

Nümayəndələr Palatasının komitələri habelə Dövlət Departamenti, Ağ Ev və prezidentin şəxsi vəkili Rudi Culianiyə məsələ ilə bağlı sənədlərin təqdim olunmasını tələb edən hüquqi sorğular göndərib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG