Accessibility links

Tramp Pelosini Əfqanıstana səfərini təxirə salmağa vadar edib


ABŞ prezidenti Donald Tramp Nümayəndələr Palatasının spikeri Nensi Pelosini cümə axşamı Əfqanıstan və Brüsselə nəzərdə tutulan səfərini təxirə salmağa məcbur edib. Bu, ABŞ tarixində hökümətin ən uzun müddət bağlı qalması üzərində gedən sərt siyasi mübarizədəki son addım olub.

Nümayəndələr Palatasının spikerinə ünvanladığı məktubda Tramp Pelosi və Konqres üzvlərinə Brüsseldə NATO müttəfiqləri və Əfqanıstanda ABŞ qüvvələri ilə görüşmək üçün hərbi təyyarədən istifadə etmələrinə icazə verməyib və yazıb: “Əminəm siz də razı olarsız ki, 800 min gözəl amerikalı işçinin maaş almadığı bir zaman bu tədbirin təxirə salınması tamamilə məqsədəuyğundur”.

Pelosinin sözçüsü deyib ki, bu səfər zamanı ona milli təhlükəsizlik və kəşfiyyat barədə mühüm məlumatlar veriləcək və Pelosi qoşunlara təşəkkür etmək imkanı əldə edəcəkdi. Prezidentin məktubunda Pelosinin çerşənbə günü Trampı yanvarın 29-na təyin olunan illik hesabat məruzəsini hökümətin fəaliyyəti tam bərpa olunanadək təxirə salmaq çağırışı barədə heç nə yazılmayıb.

“Prezidentin bunu etməsi tamamilə uyğunsuzdur” - deyə, Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şif müxbirlərə bildirib.

Ağ Evlə Nümayəndələr Palatasının spikeri arasında qarşıdurma yaxın gələcəkdə federal hökumətin qismən bağlanmasına son qoyulmayacağına işarə edir. Hökümətin bağlanmasına demokratlarla respublikaçılar arasında ABŞ-Meksika sərhədində divarın maliyyələşdirilməsi ilə bağlı qarşıdurma səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG