Accessibility links

ABŞ prezidentinin siyasi məruzəsi Polşada hərarətlə qarşılanıb


Tramp terrorizmi məğlub etməyə söz verib
please wait

No media source currently available

0:00 0:03:16 0:00

ABŞ prezidenti Donald Tramp Qərb dəyərlərinin təhlükə altında olduğu ilə bağlı xəbərdarlıq edib və insanların bu dəyərlər uğrunda mübarizə aparmaq istədiyi ilə bağlı sual qaldırıb. Tramp Böyük 20-lərin sammitindən öncə Polşaya səfər edib. Bu, Amerika prezidentinin Avropaya ikinci səfəridir. Polşada söylədiyi nitq zamanı Amerika lideri Rusiya ilə bağlı ən sərt açıqlamalar verərək, Moskvanın Ukrayna və Suriyada sabitliyin pozulmasına yönəlmiş hərəkətlərə son qoymalı olduğunu deyib.

Polşada hərarətlə qarşılanan Amerika prezidenti nasistlərə qarşı Varşava qiyamı zamanı həlak olanların xatirəsinə ucaldılmış abidənin qarşısında nitq söyləyib.

“Bu qəhrəmanlar bizə xatırladır ki, Qərb vətənpərvərlərin qanı ilə xilas edilib. Və hər nəsil ayağa qalxıb onun müdafiəsində öz rolunu oynamalıdır.”

Tramp bildirib ki, müasir zəmanədə fundamental məsələ Qərbin özünü müdafiə etmək üçün istəyinin olub-olmamasıdır.

“Bizim dəyərləri bölüşən və bizim insanları sevən yeni vətəndaşları hər zaman qəbil edəcəyimiz halda, bizim sərhədlər terrorizmin və ekstremizmin hər hansı forması üçün bağlı olacaq.”

Minlərlə insandan ibarət izdihamlı kütlə bu sözləri alqışlarla qarşılayıb. Polşalıların çoxu prezident Trampın bəzi müsəlman ölkələrindən mühacirətə qadağasına müsbət münasibət göstərir və Polşanın müsəlman qaçqınları qəbul etməsi üçün qoyulmuş kvotaya qarşı çıxır.

ABŞ prezidentinin ən kəskin sözləri Moskvaya ünlanmışdı.

“Biz Rusiyanı Ukraynada və başqa hər yerdə sabitliyin pozulmasına yönəlmiş hərəkətlərini və Suriya və İran daxil olmaqla, düşmən rejimlərə dəstəyini dayandırmağa çağırırıq.”

Prezident Tramp Polşanın NATO-nun müdafiə xərclərilə bağlı qarşıya qoyulmuş məqsədə nail olmaq səylərinə yüksək qiymət verib. O deyib ki, ABŞ-ın NATO müttəfiqlərinə xərclərin artırılması üçün təzyiqləri nəticə verməyib.

“Birləşmiş Ştatlar sözdə deyil, əməldə göstərdi ki, biz qarşılıqlı müdafiə xərclərinə dair 5-ci maddənin arxasında dayanırıq.”

Tramp həmçinin Pol.anın Rusiya qazından asılılığını azaldılması məqsədilə maye qaz ixracatını artırmağa söz verib. Onun Rusiya prezidenti Vladimir Putinlə ilk görüşü Böyük 20-lərin sammiti çərçivəsində keçirilib. Varşavada hərarətlə qarşılanma bu görüşdən öncə əvvəl mühüm məqam kimi dəyərləndirilir.

“Bu, Birləşmiş Ştatlarda seçicilərə və Brüsselə göstərəcək ki, bəzilərinin istədiyi kimi kiminsə Trampa müqavimət üçün koalisiya yaratmaq fikri ağlabatan deyil və mərkəzi Avropada bunun baş verməsini görmək istəməyən ölkələr var”, təhlilçi Marek Matrajek bildirib.

Etiraz nümayişi keçirmək üçün toplaşmış kiçik qrup meydanın yaxınlığından uzaqlaşdırılıb. Lakin tərəfdarlar üçün bu, yadda qalan bir gün olub.

Varşa sakinləri bunları söyləyir: “O bizim mədəniyyətimizi müdafiə edib. O, zəmanəmizin təhlükələrindən, bizim azadlıqlarımızı, bizim kimliyimizi müdafiə etməkdən danışıb.”

“Əhval-ruhiyyə, insanların müsbət reaksiyaları, onların onu qarşılaması həqiqətən də çox gözəl idi.”

Polşada belə qarşılanan prezident Tramp Avropada söylədiyi ilk əsas siyasi nitqindən razı qalıb. Onun növbəti dayanacağı Böyük 20-lərin sammitinin keçirildiyi Hamburq olub və burada o bundan fərqli şəkildə qarşılanıb.

XS
SM
MD
LG