Accessibility links

Tramp Pompeonun dövlət katibi vəzifəsinə təsdiqinə çağırır


ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Mayk Pompeonun dövlət katibi vəzifəsinə nominasiyasına qarşı çıxan demokratları kəskin tənqid edərək, onları “obsktruksiyaçı” adlandırıb.

Senatın Xarici Əlaqələr komitəsində Pompeonun nominasiyasına ciddi etirazlar mövcuddur. Komitədəki respublikaçılar demokratlar üzərində 11-in 10-a nisbəti kimi minimal üstünlüyə malikdir. Səsvermənin bu gün keçirilməsi nəzərdə tutulur. Lakin komitədəki bütün 10 demokrat və respublikaçı senator Rand Pol Pompeonun ölkənin baş diplomatı vəzifəsinə nominasiyasına qarşı çıxdıqlarını bildiriblər. Belə olan halda, komitə Pompeoya qeyri-qənaətbəxş rəy verib, onun nominasiyasını Senatda tam tərkibdə səsverməyə qoyulmaq üçün göndərə bilər. Lakin Senatda səsvemənin də gərgin olacağı gözlənilir, belə ki, burada yalnız iki demokrat Pompeonun nominasiyasını dəstəklədiyini bildirib.

Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Mayk Pompeo Senatın Kəşfiyyat komitəsində dinləmə zamanı, 13 fevral, 2018.
Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Mayk Pompeo Senatın Kəşfiyyat komitəsində dinləmə zamanı, 13 fevral, 2018.

“Obstruksiyaçıların Mayk Pompeonun dövlət katibi vəsifəsinə nominasiyasının əleynə səs verə biləcəyinə inanmaq çətindir.” Tramp Twitter səhifəsindəki mesajında yazıb. “Demokratlar Almaniyaya səfir də daxil olmaqla, yüzlərlə yaxşı insanı vəzifələrə təsdiq etməyəcək. Onlar təsdiq edilmə prosesində maksimum vaxtdan istifadə edir, bu, heç vaxt baş verməyib. Daha çox Respublikaçı lazımdır!”, o, mesajında bildirib.

Senatda səsvermə Rand Polun etirazına görə Pompeonun təsdiqinin qarşısını ala bilər. Senator Pol Mayk Pompeonun 2003-cü ildə Amerikanın İraqa müdaxiləsinə dəstək verdiyinə görə onun namizədliyinə etiraz etdiyini bildirir.

Tramp Twitter səhifəsində son günlər Pompeo haqda bir neçə müsbət şərh yazıb. Amerika lideri Pompeonu bu yaxınlarda Şimali Koreya lideri Kim Yonq Unla planlaşdırılmış zirvə görüşündən öncə Pxenyana göndərib. Sammitin diqqət mərkəzində Koreya yarımadasının nüvəsizləşdirilməsi olacağı gözlənilir.

“Mayk Pompeo müstəsna adamdır. O, West Point-da (hərbi akademiya-red.) birinci idi. Harvard universitetinin hüquq fakültəsində əlaçı tələbə idi. O nə etsə, uğur qazanır. Bizə Senatın Maykı təsdiq etməsi lazımdır. O, gözəl bir dövlət katibi olacaq!”, Tramp bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG