Accessibility links

Antifa hərəkatının üzvünün Tramp tərəfdarını öldürdüyü deyilir


Bildirildiyinə görə, özünü "Antifa" adlandıran silahlı hərəkatın üzvü ilk dəfə ölümlə nəticələnən qarşıdurmada iştirak edib. Şənbə günü Oreqon ştatının Portland şəhərində keçirilən etiraz aksiyası zamanı prezident Donald Trampın tərəfdarlarından birinin öldürülməsi ilə əlaqədar istintaqa başlandığı bildirilib.

Əvvəlllər sağçı ekstremist qruplarına qarşı zorakı addımlara əl atan solçu hərəkat ölümlə nəticələnən taktikalardan istifadə etməyib.

Aaron "Cey" Danielson "Patriot Prayer" adlı sağçı qrupun üzvləri ilə Antifa üzvləri də daxil olan əks tərəfin etirazçıları arasında baş verən qarşıdurma zamanı odlu silahla sinəsindən vurulub.

Polis araşdırmaların aparıldığını bildirsə də, şübhəlinin adını açıqlamayıb. Lakin vurulan Portlandın "The Oregonian" qəzetinə qardaşını vuran silahlı şəxsin 48 yaşlı Maykl Forest Reynoel olduğunu deyib.

"Biz polisə gedib video görüntülərdə Mayklı tanıdığımızı təsdiqlədik" deyə, bacı qəzetə bildirib.

Istintaqın təsdiqi ilə bağlı polis idarəsinin sözçüsü yazılı şəkildə bildirib ki, bu, qətllə bağlı istintaqdır və detektivlər fəal şəkildə iş aparır.

ABŞ-ın Federal Təhqiqat Bürosu istintaqı dəstəklədiyini bildirib.

Kaliforniya Dövlət Universitetinin "Nifrət və Ekstremizmin Tədqiqatı Mərkəzi" nin direktoru Brayan Levinin dediyinə görə, Reynoelin bu işdə əli olduğu təsdiq olunarsa, bu, son illərdə Antifa tərəfdarının qətl hadisəsi ilə bağlı ilk ittiham olacaq.

XS
SM
MD
LG