Accessibility links

Tramp prezident olmasaydı, hələ də evli olardımmı? 


Araşdırmaya əsasən, amerikalıların 11 faizi siyasi fikir ayrılıqlarına görə münasibətlərinə son qoyub

Ərinin davamlı şəkildə siyasətdə sağ cinaha meyl göstərməsi liberal Cenifer Merrilin 24 illik evlilik həyatını məyusluq içərisində keçirməsinə səbəb olub. Lakin Donald Trampın prezident seçilməsi və ərinin prezidentə dəstəyi nəhayət bu evliliyə son qoydu.

Meril evdən köçdü və boşanmaq üçün ərizə verdi.

"Trampı təmsil edən hər şeyə qarşı olduğum zaman Trampın etdikləri ilə razı olan şəxslə bir yataq paylaşmaq istəmirəm" - deyə, ticarət birliyinin kitab redaktoru və 3 uşaq anası Meril bildirir.

"Mənim nə hiss etdiyim onun vecinə deyildi. Nə qədər qarşı olduğum, xüsusən etirazlara çıxdığım zaman o buna gülər və Trampı müdafiə etməyə davam edərdi. Bu məni çox qəzəbləndirdi."

Cen Merrill
Cen Merrill

2017-ci ildə aparılan hesablamalara görə, Meril fərqli siyasi baxışlar səbəbindən ciddi əlaqələrə son qoyan amerikalıların 11 faizi arasındadır. Hər 5 amerikalıdan biri Trampın prezident seçilməsinin münasibətlərinə mənfi təsir göstərmiş ailələr və cütlüklər tanıdığını deyir.

Wakefield araşdırmalar mərkəzindən Natan Rixterin dediyinə görə, 2016-cı ildə seçkilərində bir-birindən fərqli şəkildə səs vermiş amerikalıların 41 faizi ailədə ya siyasətlə razılaşmayıb və ya siyasətlə bağlı həmişəkindən daha çox mübahisə edib.

Müxtəlif rəy sorğuları prezident Tramp və onun impiçment edilməli olub-olmaması məsələsində ölkədə dərin fikir ayrılıqlarının olduğunu göstərib. Tədqiqatların nəticələri göstərib ki, prezident seçkilərindən sonra ölkədəki fikir ayrılıqlarının insanlara böyük təsiri olub.

Anita Shifflett və həyat yoldaşı Daqlas Vilyams
Anita Shifflett və həyat yoldaşı Daqlas Vilyams

Trampa səs verən Virciniya vəkili Anita Co Şifflet həyat yoldaşı, demokrat Duqlas Villiamsla birlikdə xəbərləri izlədikləri zaman siyasətlə bağlı çox mübahisə etdiklərini deyir. Onlar 2015-ci ildə ailə qurub.

"O, mənim Trampa tərəfdarı olduğumu, Trampa səs verdiyimi bilirdi. Tanış olduğumuz zaman onun demokrat olduğunu bilirdim, biz bir-birimiz haqda bunları bilirdik və bunu qəbul etmişdik. Bu, həqiqətən bizim üçün böyük bir problem deyildi" - deyə, Anita Şifflet bildirir.

Lakin bu o demək deyil ki, indi onların siyasi baxışlarındakı fərqlər aralarında gərginliklərə səbəb olmur.

"Trampa sataşmağı sevir. Ona müxtəlif adlar verməyi və onu tənqid etməyi xoşlayır. O ona həqiqətən qəzəblidir. Trampı tənqid edərkən əvvəllər eşitdiklərimi bir də deyir. Yenidən təkrar edir. Bunu mənə təkrarlamaq lazım deyil".

Şifflet kimilər az deyil. Wakefield-in araşdırmalarına görə, hər beş cütlükdən biri hazırda pul deyil, Tramp haqda daha çox mübahisə edir. Ənənəvi olaraq, münasibətlərdəki ziddiyyətlərin ən böyük səbəbi maliyyə problemləri ilə bağlı olur.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG